‘
’24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayət əməlləri aşkarlanıb”
2017-ci ildə bələdiyyələr tərəfindən 2636 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.
APA yazır ki, bu fakt bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2017-ci il üzrə illik məruzədə qeyd
olunub
.
Məruzədə həmçinin qeyd olunub ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş üzrə Mərkəzinə ötən il inzibati nəzarət qaydasında baxılması üçün 62618 bələdiyyə aktı daxil olub.
Bu aktlardan 1978-i qanunvericiliyin tələblərinə uyğun olmayıb, onların dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə müraciət olunub.
Həmin bələdiyyə aktlarından 740-ı ləğv olunub, 714-ü dəyişdirilib, digərlərinə isə baxılmaqdadır.
Bələdiyyə aktlarının ləğvi və dəyişdirilməsi ilə bağlı 3 halda Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrə müraciət olunub.
Həmçinin bildirilir ki, ötən il 2016-cı illə müqayisədə torpaq qanunvericiliyinin pozulması halları 3 dəfə azalıb.
“Bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə 98 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 20 işə isə hazırda baxılır” – sənəddə qeyd olunub.
Həmçinin bildirilib ki, ötən il vətəndaşların müraciətinə əsasən, başlanılan inzibati nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlər, o cümlədən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qanunsuz əməllər aşkarlanıb.
Məruzədə vurğulanıb ki, Ədliyyə Nazirliyi toplanmış materialları hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərib. Bununla bağlı müvafiq tədbirlər görülüb.
Məsələn, İsmayıllı rayon Basqal bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bazar qiyməti nəzərə alınmadan dəyərindən ucuz satılması ilə bağlı cinayət işi başlanıb. Bundan başqa, Tərtər rayon, Əskipara bələdiyyəsi, Şəmkir rayon, Yeni Həyat bələdiyyəsinin sabiq sədri, Ağstafa rayon, Köç Əsgər bələdiyyəsinin sədri, Masallı rayon, Qarğalıq bələdiyyəsinin sədri, Bərdə rayon, Qaradağlı bələd sabiq sədri barəsində cinayət işi başlanıb, istintaq aparılır.