Osman Kazımlı: Abdulla Abdullayevin istintaq işi qərəzli aparılıb

“Bu iş mülki xarakterli olduğu üçün onun cinayət işi olmasına xitam verilməlidir”

Source:


“Bu iş mülki xarakterli olduğu üçün onun cinayət işi olmasına xitam verilməlidir”

AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevlə bağlı cinayət işi əsassızdır. Bunu “Turan İA”-a A.Abdullayevin vəkili Osman Kazımlı  bildirib.

O qeyd edib ki, fevralın 12-də A.Abdullayevin işi üzrə hazırlıq iclası gözlənilir. Vəkil bəzi vəsatətlər qaldıracağını söyləyib. Vəkilə görə, bu iş mülki xarakterli olduğu üçün onun cinayət işi olmasına xitam verilməlidir.

O.Kazımlı A.Abdullayevin  barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldıracağını da vurğulayıb. Onun sözlərinə görə, hətta cinayət müstəvisində belə istintaq A.Abdullayevin kiməsə ziyan vurduğunu sübut edə bilməyib. “Odur ki, istintaqın qərəzli aparması qənaətindəyik və A.Abdullayevə qarşı ittihamları əsassız, uydurma və qondarma sayırıq”, – deyə vəkil istintaqa münasibətini ifadə edib.

AMAY Şirkətlər Qrupunun prezidenti A.Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətdən sui-istifadə kimi ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərOsman Kazımlı: Abdulla Abdullayevin istintaq işi qərəzli aparılıb