Orxan Zeynalovun tutulma anı (VİDEO)

Oktyabrın 13-dən etibarən Moskvadas on illərin ən ağır toqquşmaları yaşanmaqdadır. Rusiyalı millətçi skinhedlərin miqrantların çalışdığı və yaşadığı Biryolyovo bazarı və ətrafında polislərlə qarşıdurmalar yaşanmaqdadır.

Etirazlar oktyabrın 10-da Yegor Shcherbakov adlı gəncin qətlə yetirilməsindən sonra başlayıb. Axşam saatlarında rəfiqəsini ötürən Sherbakov ilə azərbaycanlı tərəvəz satıcısı Orxan Zeynalov arasında mübahisə zamanı ona ölümcül bıcaq zərbələri endirilib. Tərəvəz bazasına olan hücumlar da bununla bağlıdır.

Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.

1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalov Moskva ətrafı vilayətdə, Kolomna şəhərində xüsusi təyinatli SOBR dəstələri tərəfindən saxlanılıb.

Artıq Orxan Zeynalov həbs olunub. Rusiyanın “Live News” saytı isə həbs olunma və Orxanın xüsusi təyinatlı qüvvələr tərəfindən döyülməsi videosunu yayıb. Orxan Zeynalov həmçinin Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin hüzuruna da gətirilib. Bu da həmin video görüntülər:

Bu hadisələrdən sonra Rusiyada miqrantlara qarşı sərt qanunlar tətbiq edilməyə başlanılıb. Vaxtaşırı Meydan TV olaraq Moskvada baş verənlərlə əlaqədar yenilikləri sizlərə təqdim edəcəyik:

  • Rusiya DİN-i Orxan Zeynalovu saxlanılmasına kömək edən şəxsə 1 milyon rubl mükafat verəcək.
  • Bir qrup rus milliyətçisi Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasına hücum etməyə hazırlaşır. OMON “skinhed”lərin hücumunun qarşısını almaq üçün əlavə tədbirlər görür.
  • Tanınmış müxalifət lideri Aleksey Navalnıy gəlmələrə viza rejimi tətbiq etməyə çağırıb. Müxalifət lideri təşəbbüsünün Dövlət Duması tərəfindən baxılması üçün 100 min imza toplamağa hazırlaşır.
  • Rusiya polisi miqrantların çalışdığı bazalarda reydlər keçirib. Oktyabrın 14-də ümumlikdə 1200 gəlmə işçi tutulub. Polisin məlumatına görə, onlardan 3 milyon rubl nəğd pul, bıçaqlar, dəyənəklər və 3 odlu silah müsadirə edilib.
Ana səhifəVideoOrxan Zeynalovun tutulma anı (VİDEO)