Orduyla bağlı dezinformasiya yayılır

Üzeyir Cəfərli: “Mətbuat diqqətli olmalıdır”

Source:


Üzeyir Cəfərli: “Mətbuat diqqətli olmalıdır”

 Son bir neçə gündə Azərbaycan-Ermənistan sərhədinin Gədəbəy rayon istiqamətində ağır döyüşlərin getdiyi haqqında məlumatlar intensiv xarakter alıb. Bildirilir ki, qarşı tərəf çoxlu itkilər verib, bir yüksəkliyi itirib, Azərbaycan ordusunun isə bir əsgəri şəhid olub. Maraqlıdır ki, ötən ilin avqustunda oxşar situasiya və informasiya axını yaranmışdı.

Mövcud vəziyyəti Meydan TV-yə şərh edən hərbi ekspert Üzeyir Cəfərli təəssüflənib ki, informasiyaların yayılmasında bir özbaşınalıq sezilir: “Mətbuatda çoxlu dezinformasiyaların yayılmasını açıq demək lazımdır.  Əslində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrdə qeyri-adi heç nə yoxdur. Ötən ilin avqust olaylarında olduğu kimi  döyüşlərin başlanması, itkilərin olması haqqında mediada xeyli dezinformasiyalar yayılır. Bilirsiniz ki, ordudan təxris olunmanın gecikməsi barədə xəbərlər yayıldı, amma bu, gecikmə deyildi. Məhz iyulun 25-i tarixinə bu hadisələrin də təsadüf edilməsi insanlarda çoxlu narahatlıqlar yaradır. Ancaq qeyri-adi heç nə yoxdur, sadəcə, adi atəşkəs pozuntularıdır və Müdafiə Nazirliyi vəziyyətə nəzarət edir”.

Üzeyir Cəfərov hesab edir ki, hətta hansısa şiddətli döyüşlər olubsa, Azərbaycan mətbuatı bir qədər diqqətli olmalıdır: “Onsuz da Azərbaycana atəşkəsin pozulması haqqında basqılar var. Ona görə məlumatlar koordinasiya olunmalıdır. Təəssüf ki, Müdafiə Nazirliyinin mətbuat xidməti çox gecikir, sosial şəbəkələrdə yayılan məlumatlar, xüsusən tankların yerdəyişməsi haqqında xəbərlər yığışılmalıdır. Hətta belə bir şey varsa, yaymaq olmaz. Xüsusən sinələrinə medal taxan media kapitanları bu cür məlumatları tirajlamamalıdır. Bunlar Azərbaycanın maraqlarına toxunduğundan mən onları qınayıram”.

Ana səhifəXəbərlərOrduyla bağlı dezinformasiya yayılır