Orduxan Teymurxanın bacısı oğlunun şikayəti təmin edilmədi

”Səbuhi Zeynalov günahsızdır, dayısına görə həbs edilib”

Source:


”Səbuhi Zeynalov günahsızdır, dayısına görə həbs edilib”

Fevralın 23-də bloger Orduxan Teymurxanın bacısı oğlu Səbuhi Zeynalovun apelyasiya şikayətinə baxılıb.

Məlumatı vəkil Aqil Layıcov “Facebook” səhifəsində paylaşıb. O, Səbuhi Zeynalovun günahsız olduğunu, Orduxan Teymurxanın qohumu olduğu üçün həbs edildiyini deyib:

“İşə xitam verilməsini istədim. Səbuhi Zeynalov martın 12-ə toy təyin edib. Məhkəmədən işə xitam verməsə belə,  həbs müddətinin azaldılmasını xahiş etdik”.

Aqil Layıcov məhkəməyə toy dəvətnamələrini də təqdim edib: “Əgər qərar dəyişməsə, bu iş Avropa Məhkəməsində həm də Səbuhi Zeynalovun şəxsi həyatına müdaxilə və evlənmək hüququnun pozuntusu kimi qiymətləndiriləcək”.

Ötən həftə Hollandiyada yaşayan azərbaycanlı bloger Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilib. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilir.

Sonra Suraxanı rayon Məhkəməsi blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka həbs edilməsi barədə qərar çıxardı. Onlar polis əməkdaşlarının qanuni əmrinə tabe olmamaqda təqsirləndirilirlər.

Orduxan Teymurxan bunları özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyir.

Ana səhifəXəbərlərOrduxan Teymurxanın bacısı oğlunun şikayəti təmin edilmədi