Ordumuzun əsgəri şəhid olub

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 20 yaşlı Həsənov Elvin Çingiz oğlu düşmən gülləsinə tuş gəlib.

Source:

Meydan TV APA-a istinadən məlumat verir ki, hadisə bu gün cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 20 yaşlı Həsənov Elvin Çingiz oğlu düşmən gülləsinə tuş gəlib.

Güllə yarası alan əsgər şəhid olub.

Xatırladaq ki, 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 13 nəfər təşkil edib. 20 nəfər hərbçi isə yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 5-i döyüş (erməni gülləsi), 8-i isə qeyri-döyüş itkiləridir. 2 – nəfər avtoqəzadan, 2- nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfərsə intihar edib.

Ana səhifəXəbərlərOrdumuzun əsgəri şəhid olub