Ordumuz daha bir hərbçisini itirdi

Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub

Source:


Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub

Bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb.

Meydan TV Müdafiə Nazirliyinə istinadən bildirir ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Əsgərin qohumları isə hərbçinin şəhid olduğunu iddia edirlər. Onu da bildiriblər ki, mərhum əsgər 27 gündən sonra hərbi xidmətini başa vuracaqdı.

Qeyd edək ki, Xəzər Hərbi Tədqiqatlar İnstitunun (Caspian Defense Studies Institute) Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin 8 ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 50 hərbi qulluqçu dünyasını dəyişmişdir.

Ana səhifəXəbərlərOrdumuz daha bir hərbçisini itirdi