Orduda dəhşətli hadisə: zabit əsgəri güllələyib

Source:


Əsgərin anası: Oğlum zabiti və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala atılıb. Döyüldükdən sonra kürəyindən bir güllə yarası da alıb.

Bir neçə gün öncə, rəsmi mənbələrdə Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı əsgər Cəmil Elxan oğlu Hüseynzadə xidməti silahını götürərək hərbi hissəni özbaşına tərk etməsi haqqında məlumat yaymışdı.

Daha sonra əsgər Cəmil Hüseynzadənin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçirilib. Onun hansı şəraitdə və kimin tərəfindən yaralanması məlum olmadığı bildirilirdı.

Bu gün əsgərin anası Əminə Hüseynzadə “Axar.az” saytına dəhşətli məlumatlar verib. O bildirib ki, oğlu, hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala atılıb. O, qeyd edib ki, oğlu döyüldükdən sonra kürəyindən bir güllə yarası da alıb. Güllə Cəmilin ürəyinin alt nahiyəsindən keçərək sinəsindən çıxıb və bu xoşbəxt təsadüf nəticəsində oğlu sağ qalıb.

Ə.Hüseynzadənin bildirdiyinə görə, onlara oğlanlarının itkin düşdüyü və tabeliyindəki silahı götürərək hərbi hissəni tərk etdiyi barədə məlumat verilib. Hadisənin səhəri günü (27 oktyabr) isə əsgər Cəmil Hüseynzadə hərbi hissənin yaxınlığındakı kanaldan tapılıb. Ölümcül döyülən əsgəri yaxınlıqdan keçən bir nəfər görüb və onu Gəncə Hərbi Hospitalına çatdırıb. Reanimasiya şöbəsində gözlərini açan əsgərin dediyinə görə, o, döyüldükdən sonra qaçıb. Bu zaman əsgər arxadan, kürəyindən güllə yarası alıb və kanala düşüb.

Hazırda C.Hüseynzadə Gəncə Hərbi Hospitalının reanimasiya şöbəsindədir. Əminə Hüseynzadənin sözlərinə görə, Gəncə Hərbi Hospitalının reanimasiya şöbəsinin müdiri Azər adlı həkim xəstəni ağır vəziyyətdən çıxarmaq üçün bütün mümkün üsullardan istifadə edir.

Qeyd edək ki, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Lənkəran rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Ana səhifəXəbərlərOrduda dəhşətli hadisə: zabit əsgəri güllələyib