Oqtay Haqverdiyev: Elman Rüstəmov da daxil olmaqla hazırkı komanda paslanıb

”Hakim komandanın apardığı model yaşlandığından günün tələblərinə cavab vermir”

Source:


”Hakim komandanın apardığı model yaşlandığından günün tələblərinə cavab vermir”

“Neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir. Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti əsas makroiqtisadi göstəricilərdəndir”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın neftin bu qiymətinə adaptasiya olunması həm pul-kredit, valyuta siyasəti, həm də büdcə siyasəti çərçivəsində görülən işlər nəticəsində mümkün olub.

“Neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 mlrd. dollar gəlir, yaxud 10 dollar düşməsi 1,7 mlrd. dollar itki deməkdir. Azərbaycan hökumətinin itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var ki, buna diqqət vermədən bütövlükdə öz siyasətini formalaşdırsın. Təbii ki, gəlirlərin artması bizim üçün çox önəmlidir. Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar. Hətta yüksək neft qiymətləri olsa belə, artıq post-neft erası, yeni iqtisadi modelə keçid əsas məqsəddir.

Yəni, qiymətlər yüksək olsa da, bundan öncəki 10 ilin iqtisadi modelinə qayıdış olmamalıdır. Çünki dünyada yeni çağırışlar var və biz bunu nəzərə almalıyıq”, – deyə E. Rüstəmov vurğulayıb.

Baş bankirin söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Oqtay Haqverdiyev bildirib ki, neftin qiyməti dünya bazarında tələb-təklif əsasında tənzimləndiyindən əvvəlcədən heç kim dəqiq fikir deyə bilməz:

“Əgər neftə tələb artacaqsa, qiymət qalxacaq, yox, təklif çoxalacaqsa, qiymət düşəcək, tarix boyu belə olub. Amma güman edirəm ki, 2017-ci ildə neftin qiyməti 40-50 dollar arasında olacaq. Düzdür, Amerika neft və qazı ixrac edəcəyini bəyan edib, məncə, bu addım ABŞ iqtisadiyyatına zərər verə bilər. Məncə, bu məsələ uzun çəkəcək”.

Ancaq iqtisadçı hesab edir ki, 2017-ci ilin birinci rübündən sonra Azərbaycanın hansı siyasi-iqtisadi xəttə doğru gedəcəyi bəlli olacaq:

Oqtay Haqverdiyev Elman Rüstəmovun “Bundan öncəki 10 ilin iqtisadi modelinə qayıdış olmamalıdır. Çünki dünyada yeni çağırışlar var və biz bunu nəzərə almalıyıq” fikrini belə şərh edib:

“Mən 15 ildir bu barədə danışıram. Elman Rüstəmov da daxil olmaqla hazırkı komanda paslanıb. Yeni düşüncəli insanlar gəlməlidir. Hər şey yaşlandığı kimi hakim komandanın 15 ildir apardığı model də yaşlandığından günün tələblərinə cavab vermir. Amma bu proses tez-tələsik həyata keçirilə bilməz, zaman lazımdır. Bunun üçün düşünülmüş proqram hazırlanmalı və ağıllı siyasət aparılmalıdır. Yoxsa köhnə düşüncəli məmurların gözəl bəyanatları ilə heç nəyi dəyişmək mümkün olmayacaq. Proqram dedikdə, qanunlarımız var, sadəcə, bunları işlətməyə maraq və siyasi iradə yoxdur. Bunlar olmayan yerdə, qalanları deklarasiyadır”.

Ana səhifəAnalitikaOqtay Haqverdiyev: Elman Rüstəmov da daxil olmaqla hazırkı komanda paslanıb