Oqtay Gülalıyev izləndiyini deyir

”Hər gün tanımadığım mülki geyimli şəxslər məni və evimi müşayiət edir”

Source:
Oqtay Gülalıyev


”Hər gün tanımadığım mülki geyimli şəxslər məni və evimi müşayiət edir”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hüquq-mühafizə orqanları tərəfindən izlənildiyini iddia edir.

Bu barədə O.Gülalıyev “Facebook” səhifəsində məlumat paylaşıb:

“Hər gün tanımadığım mülki geyimli şəxslər məni və evimi müşayiət edir, izləyirlər. Yəqin onlar məni yad təsirlərdən, arzuolunmaz kənar hücumlardan “qorumaq” istəyirlər. Bu müşayiət və izləmə hərəkəti yanvarın 24-də ogurlanaraq bir həftə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gizli saxlanılıb işgəncələrə məruz qalan, Tale Bağırzadənin tərəfdarlarından olan ictimai fəal Əhsən Nuruzadədən Milli Şuranın rəhbərliyi, tanınmış yazar Zümrüd Yagmur və mənim əleyhimə ifadə almaq cəhdindən, “Bandotdel”- in bizi dövlətçiliyə xəyanətkar elan etdikdən sonra daha da intensivləşib. Əvvəllər də bu izləmə hərəkətləri var idi. Amma bu hərəkətlər həm bu qədər intensiv deyildi, həm də Sabirabad rayon Məhkəməsinin qərarı ilə 13 iyun 2012- ci ildə haqqımda olan həbs-qətimkan tədbiri polis nəzarəti altına vermə qətimkan tədbiri ilə dəyişdirildiyindən bir növ bu izləməni məhkəmənin qərarına “uyğun” qəbul edirdim. Artıq həmin qərar ləgv olunub. Amma izləmə intensivləşib”.

O.Gülalıyev ötən il oktyabrın 14-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunanda ona izlənildiyi barədə xəbərdarlıq edildiyini bildirib:

“O zaman mənə xəbərdarlıq edildi ki, siz hökümətin həbs etdiyi şəxsləri mələk donunda cəmiyyətə təqdim edir, onları siyasi məhbus elan edərək müdafiə edirsiniz. Bu işdən əl çəkin. Mən bir dəfə qanunsuz olaraq həbs həyatı yaşamışam. Haqq bildiyim yoldan, qanunsuz həbs olunmuş, haqqı- hüququ tapdanmış insanları müdafiə etmək işindən geri çəkilmək fikrim yoxdur. Bu yolun sonunda həbs olsa belə. Əgər buna görə məni həbs edəcəklərsə, mən həbsə hazıram! Bilsinlər ki, belə izləmə hərəkətləri, psixoloji təzyiqlərlə bizi qorxuda bilməzlər. Sonda bir məqamı da bildirim ki, silahdan, narkotikdan istifadə etmirəm, evimdə də belə şeylər yoxdur. Qanunsuz hərbi birləşmələr yaratmaq və onları maliyyələşdirmək kimi niyyətim və imkanlarım da yoxdur. Azərbaycanda hakimiyyət dəyişikliyinin sivil, demokratik yolla həyata keçirilməsinin tərəfdarıyam. Bütün fikirlərimi də qanun və etik çərçivədə bildirirəm”.

Ana səhifəXəbərlərOqtay Gülalıyev izləndiyini deyir