Operativ Qərargah: 21 nəfər koronavirusdan ölüb

“Bugünkü test sayı isə 12692-dir”.

Source: Meydan TV


1213 yeni yoluxma faktının qeydə alındığı bildirilir

Mayın 1-də Azərbaycanda 1213 adam COVİD-19 infeksiyasına yoluxub, 2104 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 21 nəfərin vəfat etdiyi bildirilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 320 min 322 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 291 min 564 nəfər müalicə olunaraq sağalıb, 4538 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 24220 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 253 min 878 testin aparıldığı göstərilib:

"Bugünkü test sayı isə 12692-dir".

Ana səhifəSağlıqOperativ Qərargah: 21 nəfər koronavirusdan ölüb