OPEC hasilatın azaldılması razılığına gəldi

İlham Şaban: Neftin qiyməti 50 dolları keçəcək, amma bunun şok effekti keçəndən sonra birjalarda durum öz axarına düşəcək

Natiq Cəfərli: Bir neçə gün psixoloji təsirləri olacaq. Sonradan qiymət 50-dən aşağı düşəcək

Source:


İlham Şaban: Neftin qiyməti 50 dolları keçəcək, amma bunun şok effekti keçəndən sonra birjalarda durum öz axarına düşəcək


Natiq Cəfərli: Bir neçə gün psixoloji təsirləri olacaq. Sonradan qiymət 50-dən aşağı düşəcək

OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

Bu barədə “APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

Razılığı Meydan TV-yə şərh edən neft sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, 1,2 milyon barrel azaldılması ciddi rəqəmdir. Əgər razılığa əməl olunsa, bu, dünya neft bazarına təsir edəcək. Çünki OPEC oktyabr hesabatında 33,8 milyon barrel neft hasil etdiyini göstərmişdi. 33,8 milyondan 1,2 milyonu çıxdıqda 32,6 milyon barrel qalır. Faktiki olaraq, 32,5 milyon həddinə qədər azalma deməkdir. Ancaq OPEC-in kvotası 32 milyon barreldir, bu mənada razılıq kifayət qədər ciddi addımdır.

İlham Şaban foto sosial şəbəkə

“Birjalar hasilatın azaldılması barədə razılığa kəskin reaksiya verəcək. Neftin qiyməti 50 dolları keçəcək, amma bunun şok effekti keçəndən sonra birjalarda durum öz axarına düşəcək. 2017-ci ilin yanvarın 1-dən kvotalar qüvvəyə minəndən sonra neftin qiymət artımı bir daha özünü göstərəcək. Necə ki, ölkələr kvotanın tətbiqinə başladıqlarını elan edəcəklər. Real olaraq neftin qiymətləri bazarda fevralın 11-də özünü göstərəcək. Yəni OPEC-in hesabatında hasilatın 1,2 barrel aşağı düşdüyü təsdiqlənsə, qiymət artacaq. Yox, hasilatın 800 min barrel olduğu təsdiqlənsə, onda fərqli mənzərə yaranacaq”,-İlham Şaban belə deyib.

Natiq Cəfərli foto sosial şəbəkə

İqtisadçı Natiq Cəfərli həmkarı İlham Şabanın fikirlərini bölüşdüyünü dedi: “Mən 9 gün əvvəl bu barədə proqnoz vermişdim. Əsas məsələ Amerikanın neft hadilatı rəqəmlərindən asılı olacaq. Hasilat getdikcə artsa, neftin qiyməti 50 dolları ötməyə başlayır, bir neçə gün psixoloji təsirləri olacaq. Sonradan qiymət 50-dən aşağı düşəcək”.

Ana səhifəAnalitikaOPEC hasilatın azaldılması razılığına gəldi