“Onların müharibəsinə qarşı vuruşacağıq”

Venesuelada “doyunca yeməmək” diaqnozu qadağan edilib, qadınlar sterilləşdirməyə gedir, ticarət mərkəzi işgəncə məkanına çevrilib. Rejimsə xarici dövlətləri günahlandırır

Source: «Новая газета»

Venesuelada “doyunca yeməmək” diaqnozu qadağan edilib, qadınlar sterilləşdirməyə gedir, ticarət mərkəzi işgəncə məkanına çevrilib. Rejimsə xarici dövlətləri günahlandırır

Üç aydır ki, Venesuelanın iki prezidenti var, ölkədə dəhşətli inflyasiya baş verir, aclıq tüğyan edir. Ordu sərhəddə humanitar yardımın qarşısını alıb, nəticədə beş nəfər həlak olub. Karakas və ölkənin daha 22 bölgəsi bir həftə elektriksiz qalıb, hospitallarda 23 adam, o cümlədən 6 uşaq ölüb.

Özünü prezident elan etmiş – əvvəllər Milli Assambleyanın başçısı olmuş Xuan Quaydo bəyan edib ki, ümumi fəlakət şəraitində ölkəni təkcə humanitar yardım, bir də “beynəlxalq kömək”lə keçirilmiş seçkilər xilas edəcək.

Hazırkı prezident Nikolas Maduro “təcavüzün gözlənildiyini” elan edib.

content_IMG_0962.jpg
Karakas

2017-ci ildə etiraz aksiyalarında 161 adam həlak olub. Artıq bu il yanvar etirazları zamanı 43 adam həyatını itirib.

Onların hamısı mitinqlərdə öldürülməyib. Bəziləri FAES – yoxsullar məhəlləsində kriminalla mübarizə məqsədi ilə yaradılmış xüsusi hərbi bölmə tərəfindən qətlə yetirilib. Hüquq müdafiəçiləri məhkəmədən xaric edamların həyata keçirildiyini deyirlər – yanvarın 24-də, mitinqin ertəsi günü yoxsullar məhəlləsində aparılan basqınlar zamanı adamları həyətin ortasındaca güllələyiblər.

content_________.jpg
Xavyer Oviero
content_IMG_0943.jpg
Exxon Mobile neft fəhlələri Maduroya dəstək mitinqində

SEBİN Venesuela kəşfiyyatının həbsxanası olan “Gelikoid” xüsusi bir yerdir. Karakasın istənilən nöqtəsindən görünən, iqtisadi yüksəliş və hərbi diktatura dövründə avtomobildən çıxmadan alış-veriş etməyə imkan verən layihə ilə tikilmiş bu nəhəng ticarət mərkəzinin, memarlıq möcüzəsinin taleyi də elə bütün ölkə kimi qəfil dəyişib. 80-ci illərdə neftin qiyməti düşəndə onu əvvəlcə yerli DTK-nın qərargah-mənzilinə, sonra siyasi həbsxanaya çeviriblər. Maduronun hakimiyyətə gəlməsi ilə başlayan kütləvi etirazlar zamanı bura gündə 50-70 adam gətirilib.

Burda məhbusların sayı üç minə çatıb. Kamera kimi istifadə olunan, siçovul basmış, havasız dükanlarda işgəncələr həyata keçirilib.

content_IMG_1481.jpg
Messa
content_________111.jpg
Xose və Elvira Pernalete

İki hakimiyyətlilik

Bolivar meydanı Karakasın düz mərkəzindədir. Ətraf yaşıllıqdır, dükanlarla doludur, mərkəzdə ənənəvi at heykəli qoyulub. Perimetr boyu hökumət binaları – Milli Assambleya, Kapitoli, Elmlər Akademiyası gəlir. Üç məhəllə aralıda prezident sarayı – Miraflores yerləşir. Artıq üç ildir ki, hakimiyyətin döyünən ürəyi həm də müxalifətin inzibati mərkəzidir. Müxalifət parlamenti hələ 2016-cı ildə seçkilərdə qalib gələndən sonra tutub, elə o zamandan da qarşılıqlı məhv uğrunda müharibə gedir. Assambleya Maduronun səlahiyyətlərinin bitməsi ilə bağlı milli referendum keçirməyə çalışıb və prezident seçkilərini boykot edib. Maduro isə öz növbəsində Assambleyanın səlahiyyətini əvvəlcə Ali Məhkəməyə, sonra Konstitusiya Assambleyasına təhvil verməyə çalışıb. Maduro tərəfdarları hazırda məhz bu divarların arxasında ölkənin yeni Konstitusiyasını hazırlayırlar.

content______2222.jpg
Deksi ölən oğlunun şəkli ilə

Kolumbiya ilə sərhədə yaxınlaşdıqca, hava daha da qızır, ağaclar tozdan boz rəngə boyanıb. Üstəlik burda Karakasdan fərqli olaraq benzin qıtlığı yaşanır.

Avtomobil növbəsi üç gün çəkir. Minik maşınları, yük maşınları, ictimai nəqliyyat üçün ayrıca yanacaqdoldurma məntəqələri nəzərdə tutulub. Benzindaşıyan maşınların yanında polislər növbə çəkir. Sərhədin yanında benzin yaxşı qazanc mənbəyidir. Burda hərəkət etmək üçün pul ödəməlisən. Sərhəd yaxınlığındakı San-Antonio sonuncu addımdır.

Burda bir bakı 0,33 sentə doldururlar. Sərhədin o tayında isə 20 dollara.

İndi burda Kolumbiya pesosu ödəyirlər, o, daha sabit valyutadır.

San-Antonio böhranadək 50 min sakini olan, kifayət qədər səs-küylü şəhər idi. Bura tacirllərin, turistlərin, kontrabandçıların, sahibkarların Məkkəsi idi. Sonun başlanğıcında San-Antonio çiçəklənən ticarət şəhərindən yolüstü dayanacağa çevrildi. İndi şəhərdə kafelərdən tutmuş bərbərxanalaradək xidmət müəssisələrinin adi iş rejimi gündüz saat 12-dən günorta saat 3-dəkdir. Onlar qaranlıq düşən kimi yenidən açılsa da, bu dəfə quru döşəmədə yatmaq üçün yer satmaq məqsədi güdür. Dükan sahibləri bunun üçün adambaşı 5 min peso alır. Pulu olmayan küçədə yatır.

2013-cü ildən Venesuelanı 3 milyon adam tərk edib. Yəni hər qırx iki sakindən üçü. Bu rəqəmlər azaldılıb.

Adamlar qamışlığın ortasında açılmış cığırlar əllərində ərzaq, dərman, müxtəlif cihaz hissələri, texnika daşıyırlar. Venesueladan benzin və adam aparırlar. Keçid 50 mindir (hardasa 16 dollar).

Venesuelanın hər tərəfindən sərhədə hamilə qadınlar gəlirlər.

Venesuelalı qadınlar Kolumbiyada havayı doğurlar. Kolumbiyanın sərhədə yaxın Kukuta şəhərində yerləşən yeganə doğum evində hamilə qadınların 60%-i Venesueladan gəlib. Onlar sərhədi iki dəfə keçməlidirlər – bir dəfə müayinə, bir dəfə isə doğuş üçün.

Böhranın gəlişi ilə yoxa çıxan ilk şey hamiləliyin qarşısını alan tabletlər olub. Onlar sadəcə yoxdur. Bəzən prezervativ tapmaq olur – bu da çox nadir halda mümkündür, özü də baha başa gəlir.

Erkən hamiləlik çoxalıb. San-Antoniodakı xəstəxanada ilk doğuşun yaşı üç il ərzində 17-dən 13-15-ə düşüb. “Uşaqlar uşaq doğur, nə deyəsən”, – anestezioloq şikayətlənir.

İndi isə məni ən çox sarsıdan bir faktdan danışmaq istəyirəm. Bu haqda hələ Karakasda eşitmişdim, amma inanmaq istəməmişdim. Uzun sözün qısası, həmsöhbətlərimin yarısı sterilləşdirilib.

Sterilləşdirilmə böhrandan əvvəl də həyata keçirilib – amma buna müstəsna şəkildə üç uşağı olan, 35 yaşından yuxarı qadınlar ginekoloqun rəyi ilə əl atıblar. İndi isə istisna az qala qaydaya çevrilib. Hazırda San-Antonio xəstəxanasında sterilləşdirilmənin orta yaş həddi 22-dir.

Hərçənd bu qərarı qadın təkbaşına vermir. “Narazılıq olmaması üçün biz həmişə ərin də imzasını istəyirik, – Patrisiya deyir. – 18 yaşınadək qızlar sterilləşdiriləndə isə valideynlərin razılığı olmalıdır”.

Sterilləşdirmə 100 dollara başa gəlir – elə doğuşun da qiyməti bu qədərdir. Proses üçün, demək olar ki, eyni şeyləri almaq lazımdır.

Bir həkim öz növbəsi zamanı 15 qadını sterilləşdirə bilər. Təki bunun üçün material olsun.

Venesuelalı qadınların reproduktiv sağlamlığını izləyən AVESA təşkilatında deyirlər ki, sterilləşdirmənin keyfiyyəti çox aşağıdır. Qadınların heç də hamısı sterilləşdirmənin ömürlük olduğunu dərk etmir.

Venesuelada sterilləşdirilmiş qadınların sayı ilə bağlı rəsmi statistika yoxdur.

Hazırda San-Antonio xəstəxanasında ayda 60 qadın sterilləşdirilir.

Qadınların özü bununla bağlı belə deyir: "Doğmağa qorxuruq. Övladımızı bəsləyə biləcəyimizə əmin deyilik. Ümumiyyətlə, gələcəklə bağlı heç bir ümidimiz yoxdur”.

Venesuelada abort qadağan olunub. Kolumbiyada həmçinin. Aborta görə həm qadın, həm də onu həyata keçirən həkim cəzalandırıla bilər.

AVESA-da deyirlər – abortlar qeydiyyata alınmır, amma onların izlədikləri üç klinikada hər gün 11 abort həyata keçirilir. Özəl klinikaların “qara bazarı”nda abort 300 dollardır. Dövlət xəstəxanasında neçəyə danışa bilsən.

content_IMG_1345.jpg
“Mübarizə instagram və tviterdə deyil, küçələrdə,bacılarımızn uyuduğu, bizim doğulduğumuz torpaqda gedir. Bizim azadlığımız uğrunda ”

Keçid

Sərhəd – Taçira çayı üzərindəki körpüdür. İndi burda iki xətt, bir-birinə qarışmayan iki insan axını mövcuddur. Adamlar çiyin-çiyinə bağlamalar, paketlər, çamadanlar daşıyırlar. Çantalar ağzınacan tualet kağızı, pomidor, qazlı sularla doludur. Ətin idxalı qadağan olunub. Sərhəd beşdə bağlanacaq, içəri keçməyə macal tapmaq lazımdır.

Venesuela tərəfdə əsgərlər dayanıb. Onlar çantaları silkələyir, bəzən xoşlarına gələn şeyi özlərinə götürürlər. Kolumbiya tərəfdə “Kolumbiyaya xoş gəlmisiniz!” lövhəsi, qaçqınlar üçün vaqonlar (tibb, peyvənd, duş, sənədlərlə bağlı yardım), altında pasporta möhür vurulması üçün (kimin pasportu varsa) sonu görünməyən növbəyə dayana biləcəyin iri talvar var. Köç bir neçə ildir ki davam edir, Kolumbiya tərəfdə artıq infrastruktur formalaşıb.

Mən orda ömründə ilk dəfə toyuq əti yeyən qadın gördüm. Mariselis adlı bu qadının bəzən yaşıla çalan qəhvəyi rəngli gözləri vardı.

O, sərhədi 2 və 12 yaşlı qızları, bir də 11 aylıq oğlu ilə elə indicə keçib. Və artıq iş də tapıb – sərhəddə su satır. Bir aylıq məvacibinin qarşılığında əldən “penoplast soyuducu” alıb, ilk 4 min pesosunu qazanıb və hətta yaşayış yeri tapıb – gecəsi 3 min pesoya döşəmədə yer. Evdə əri ilə daha altı uşağı (3-16 yaş) qalıb. Onun üzü gülür. “Mənim bəxtim gətirib! Hətta bu illərdə! Ərimlə ərzaq dükanında işləyirdik və bizə maaş yerinə azuqə verirdilər. Bir gün də olsun aclıq çəkməmişik!”

Kolumbiyanın La Frontyera məktəbində dərslər tez bitir – sərhəddə qarışıqlıq gözlənilir. Müəllimlər səs-küylü uşaqları darvazalara çıxarırlar, valideynlər övladlarını orda qarşılayırlar. Uşaq sərhədi təkcə böyük adamla keçə bilər, odur ki, qonşular onu kimin dərsə aparması ilə bağlı öz aralarında razılığa gəlirlər. Yaxın günlərdə məktəbi yenidən tikiblər. Bu iri kompleks üç korpusdan, idman meydançasından və bağdan ibarətdir.

Burda 3,5 min uşaq təhsil alır. Onlardan 1400-ü venesuelalıdır. Bu uşaqlar oxumaq üçün hər gün sərhəd keçməli olurlar – böhran başlayandan sərhədyanı Venesuela məktəblərində dərslər yalnız həftədə iki dəfə olur.

Axşam düşüb və hava qaralıb, amma küçələr hələ də qələbəlikdir, maşınlar tələsmədən ötüb keçir. Burda iki nəfərlik masaları olan balaca barlar, fast-food köşkləri var. Divar boyu 18-24 yaşlarında qızlar düzülüb. Tina ilə Vera yanvardan burdadır. Tina sabah Boqotaya gedir – bacısı doğub, ona baş çəkmək, pul vermək lazımdır. Evdə atası və üç qardaşı var. Vera yoluna davam etmək üçün pul yığır. Onun üç uşağı var. Ən kiçiyi bir yaşındadır. Körpə iki ay xəstəxanada yatıb – səbəb doyunca yeməməsidir. “Mən elə bundan sonra çıxıb getmək qərarına gəldim”. Qazancının böyük bir qismini evə, ərinə göndərir. Çiliyə getmək üçün də pul yığır, orda işin, normal həyatın, “başqa tale”yin mövcudluğuna inanır. Bu bəstəboy, məzəli hörüklü qadın uşaqlarından danışanda ağlayır. Tina isə göz yaşı tökməyin bir faydasının olmadığını söyləyir.

Heç kəs bura bədənini satmaq məqsədi ilə gəlməyib. Arepa (Venesuela və Kolumbiyada bişirilən kökə) satmağa, döşəmə yumağa, çörək bişirməyə gəliblər. Amma burda hətta yerlilər üçün leqal iş yoxdur. Qeyri-leqal işdə isə elə öz həmvətənləri – venesuelalılar aldadırlar. Əvəzində küçə hamını qoynuna alır.

Müştəri 20 dəqiqəyə 30 000 peso verir. 30 000 peso təxminən 10 dollar, ya da 600 rubldur. Bu, Venesuelada aylıq məvacibdən çoxdur. Adətən, bir gecəyə 2-3 müştəri olur. Bəzənsə birinə də rast gəlmirsən – elə bugünkü kimi. Sərhəddə dava düşüb.

Bir gecəyə 100 000 peso qazanmaq olar.

Onların gələcəklə bağlı heç bir ümidi yoxdur.

Britni deyir:

"Nə olacaq? Çoxlu qan töküləcək. Nəyə ümid bəsləyirik? Ailələrimizin sağ qalacağına".


Госпиталь

content_IMG_2781.jpg
Universitet hospitalı. Karakas
content_______333.jpg
Hektor anası ilə
content_______-_-______444.jpg
Aranca anasl Eliani ilə
content________-_-______555.jpg
Fransis qızı Andrea ilə
content_______-__________666.jpg
Venesuella Milli Asamableyası, Karakas
content______777.jpg
Küçə süpürən Deliya Polina Maduro tərəfdarıdır.
content_IMG_2062.jpg
Siyasət haqda küçə mübahisələri
content_IMG_3239.jpg
Simon Bolivar körpüsü üzərindən sərhəd keçidi, Venesuela – Kolumbiya
content___________888.jpg
Zahı Aleksandra, San-Antonio xəstəxanası
content_IMG_3073.jpg
“Venesuelaya xoş gəlmisiz!”
content_IMG_3777.jpg
Erazma xəstəxanasında mamaçalıq və ginekologiya şöbəsi Kukuta, Kolumbiya
content_IMG_3233.jpg
Taçira çayı üzərində körpü-sərhəd
content_IMG_3449.jpg
Sərhədyanı bazar
content_IMG_3521.jpg
Kilsə həyətində yemək paylanması
content_IMG_3696.jpg
La Frontyera sərhədyanı məktəbi
content_______999.jpg
Venesuelalı Tamara. Qeysəriyyə əməliyyatı gözləyir. Erazma xəstəxanası, Kukuta şəhəri
content_IMG_3752.jpg
Fahişəliklə pul qazanan venesuellalılar. Quayaberas rayonu, Kukuta şəhəri Kolumbiya
Ana səhifəXəbərlər“Onların müharibəsinə qarşı vuruşacağıq”