Onlar və Səkkizlər

Onların gənclərinin vəziyyəti və bizim gəncliyimiz…

Source:

Deməli Nəqliyyat naziri Ziya Məmmədovun deputat olan qardaşı Elton Məmədovun övladları Bakıda avtoşluqla məşğuldurlar. Yəqin bunu bilməyəniniz yoxdur.

Əsasən də ən son model və bahalı maşınlara 10-LR-100 nömrə nişanı vurub, nəqliyyatın, yol hərəkəti qaydalarının anasını ağladaraq maşın yarışdırırlar.

Bu gün Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb ki, 10-LR-100 nömrə nişanı “Mercedes ML”, “Grand Cheroke”, “Maserati”, “BMW” və “Jaquar” maşınlarında istifadə olunub. Amma heç bir yol hərəkət qaydası pozması ilə bağlı fakt olmadığı üçün cəzalandırılmayıb.

Lakin istər Facebookda, istərsə Youtubedə bu nömrəli və digər maşınların yarış videolarını əks etdirən kadrlar var. Yenə də qırmızı-qırmızı fakt yoxdur deyib dururlar.

Fakt istəyirsiz? Buyurun: Bakıda bu cür yarışların keçirilməsini təşkil edən “PP-Performance” şirkətidir. Bu şirkət əsasən Almaniyada bahalı və yarış avtomobillərini ölkəyə idxal edir.

Bu şirkətin Bakıdakı distribütorunun sahibi isə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədovdur.

Buna sübut kimi sayta daxil olun, Azərbaycanı xəritədə seçin və görün kimin adı çıxacaq:

http://pp-performance.de/en/locations/

PP-Performance Baku, Aynar Mammadov Baku, Hazi Aslanov 115/25 Tel: +994505606060

Bu şirkətə məxsus maşınlar qanunsuz olaraq bütün yol hərəkəti qaydalarını pozaraq hər dəfə Binə hava limanından mərkəzə doğru olan yolda, Bilgəh-Bakı yolunda, Zığ şossesində sürət həddini aşaraq 250-300 km/saat şütüyürlər. Xatırladım ki, aeroport şosesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Bu görüntüləri özündə əks etdirən videolar “Dragtimes Baku” adı ilə bir çox sosial şəbəkələrdə yerləşdirilib.

Bu arada millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Deputat həmçinin Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur. Bu da Aynar Məmmədovun şəxsi Instagram səhifəsində yerləşdirdiyi və bu nömrə maşının ona məxsus olmasına dair olan foto:

Bu saytdan isə 10-LR-100 nişanlı nömrənin sahib olduğu onlarla avtomobilin siyahısı və şəkillərini görə bilərsiniz: http://az.auto.az/10LR100

İlham Əliyevin də dəfələrlə publikaya oynaması, özünü güya qanunsuzluq və qudurğanlığa qarşı olduğunu göstərməsi bir daha öz təsdiqini tapır. Çünki bu hakimiyyətə məhz qudurğan, ölkənin sərvətini talayan, maşınbaz, təhsilsiz, vicdansız gənclik lazımdır. Məqsədləri gəncliyi sözün həqiqi mənasında başını aşağı salıb, (oxu: təzim edib) əməli nədən ibarət olduğu bilinməyən işlərlə məşğul etdirməkdir.

Və bütün bu qudurğanlıq və cəzasızlığın müqabilində isə heç bir günahı olmayan, bu ölkədə ədalətli cəmiyyət, azad mühit, səviyyəli təhsil, sağlam səhiyyə istəyən və sonda “Əsgər Ölümünə Son” dediyi üçün 8 gəncə 8 il iş kəsərək 8 gündür aclığa tərk ediblər.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.


Эту тему можно обсудить на Азерифорум, по этому линку:




http://azeriforum.org/index.php?/topic/4767-onlar-v%C9%99-s%C9%99kkizl%C9%99r/


Ana səhifəMənim FikrimcəOnlar və Səkkizlər