“Onlar törətdikləri əməllərin şahidinin olmasından qorxurlar”

Human Rights Watch təşkilatı nümayəndəsinin saxlanması ilə bağlı bəyanat yayıb

Source:

Martın 31-də Human Rights Watch təşkilatının nümayəndəsi Georgi Qoqiyan Azərbaycanda  heç bir izahat verilmədən saxlanıb. Onun yerli hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyevin məhkəmə iclaslarında iştirak etmək üçün Bakıya gəldiyi deyilir.

Human Rights Watch təşkilatı bununla bağlı bəyanat yayıb. Məlumatında deyilir ki, Qoqiya aeroportda 31 saat saxlanılıb. Bundan sonra onun pasportu qaytarılıb və izahat verilmədən gəldiyi yerə Tbilisiyə göndərilib.

“Qoqiyanın gəlişinə qadağanın olması Azərbaycanda insan haqlarının pozulmasının çox uzağa getdiyini göstərir”, – HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.

“Onlar törətdikləri əməllərin şahidinin olmasından qorxurlar. Bu, HRW nümayəndəsinin ölkəyə gəlişinə qadağa qoyulması ilə bağlı ilk hadisədir”, – o əlavə edib.

Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində hakimiyyət ölkə daxilində tənqidi  səslərə və Azərbaycanda insan hüquqları məsələsini qaldıran beynəlxalq təşkilatlara qarşı repressyaları gücləndirib.

Hakimiyyətin Avropa Oyunlarına gələn qonaqları qarşılamağa hazır olması, azadlıq və təhlükəsizlik barədə  bəyanatları fonunda rəsmi Bakı beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsini ölkədən çıxarır, HRW-nin bəyanatında deyilir.

Ana səhifəXəbərlər“Onlar törətdikləri əməllərin şahidinin olmasından qorxurlar”