“Onlar qarpızdan bomba düzəltməyə çalışırlar”

Rəşad Həsənov- Xalid bəy, Fransadan müstəntiq gətirəsi deyilik ki…

Source:



Rəşad Həsənov- Xalid bəy, Fransadan müstəntiq gətirəsi deyilik ki…

25 apreldə Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların vəkillərinin son müdafiə çıxışı oldu.

Məhkəmə başlamadan öncə AXCP sədri Əli Kərimli NİDA-çılardan xahiş etdi ki, aclıq aksiyasını dayandırsınlar. Onun sözlərinə görə, hakimiyyət nümayəndələri humanist deyillər ki, onların nəyə görə aclıq etdiyini anlasınlar.

Çıxış edən vəkil Elçin Sadıqov “daha bir saxta, qurama işə gəlmişik” – dedi: “Bu işdə sübutlar əldə olunandan sonra belə saxtalaşdırılıb. Burada Azərbaycan gəncliyi, sərbəst toplaşmaq azadlığı mühakimə olunur”. Vəkil çıxışının qalan hissəsin yazılı şəkildə hakimə təqdim etdi.

Daha sonra Xalid Bağırov çıxış edərək bildirdi ki, məhkəmənin  vəziyyəti Konfutsinin dediyi kimidir: “Qaranlıq otaqda qara pişiyi axtarmaq çox çətindir. Xüsusən də əgər o orada yoxdursa”.

Vəkil bildirdi ki, evdə baxış adı ilə axtarış aparılıb. “Bəxtiyar Quliyevin evində Oskara layiq əməliyyatı görmək olar. MTN-in 15 nəfər əməkdaşı Bəxtiyarın otağına keçir, orada nəsə axtarırlar. Bir nəfər qara rəngli, qısa plaşda, üzü görünməyən şəxs kənarda “Çingiz” deyə işarə edib həyətə çıxır. Geri qayıdandan sonra otağa keçir, Bəxtiyarın paltarından nəsə çıxarır və bunun nə olduğun da bilmir. Bəxtiyarın üstünə düşür, soruşur ki, bu nədir ? De görüm bu nədir ? Daha sonra qayıdır ki, heç mən də bilmirəm bunun içində nə var. Mütəntiq Oskara layiq aktyorluq edir. Hollivuda getsəm,  o müstəntiqi də aparacam”. (zaldakılar gülüşürlər)

 Vəkil bildirib ki, MTN-nin işçiləri Ə.Haqverdiyevin “Bomba” hekayəsindəki personaja oxşayır. “Bomba var” deyib evə keçirlər, qarpız olduğunu görürlər. İndi MTN əməkdaşları da qarpızdan bomba düzəltməyə çalışırlar.

Vəkil İlkin Rüstəmzadənin həbs edilməsini “müstəsna həyasızlıq” adlandırıb: “Ona youtube şəbəkəsinə video yerləşdirdiyinə görə xuliqanlıq maddəsi verilib. Müstəntiq bunu hansı məntiqlə edib?”

Rəşad Həsənov- Xalid bəy, Fransadan müstəntiq gətirəsi deyilik ki…

Vəkil Rəşid Hacılı ölkədə olmadığına görə NİDA-çılar onun vəkilliyindən imtina etdilər. Hakim bunu qəbul etdi və prosesin davam etdirilməsinə qərar verdi. Rəşadət Axundov son sözü 1 mayda deyəcəklərini bildirdi.  O son sözü hazırladıqlarını və 8 nəfərin adından bir mətn tərtib etdiklərini əlavə etdi. Məhkəmə prosesi 1 may saat 10:30-a təyin olundu.

Ana səhifəXəbərlər“Onlar qarpızdan bomba düzəltməyə çalışırlar”