Gənc yazar Tural Şaxtaxtınsinin kitabı Gürcüstandakı azərbaycanlılara da çatdırıldı
İyunun 14-ü Tiflisdə gənc yazar Tural Şahtaxtinskinin “On beş insan” adlı kitabının təqdimat mərasimi keçirilib. Tiflisin mərkəzində yerləşən “Loft Hotel” də baş tutmuş təqdimat mərasimində Gürcüstan azərbaycanlıları, həmçinin Tiflisdə yaşayan mühacir azərbaycanlılar iştirak edib.
Öz kitabı haqqında danışan Tural Şahtaxtinski deyib ki, kitabda Azərbaycan cəmiyyətində hər kəsə yaxşı tanış olan 15 tipik azərbaycanlı obrazının yaradıldığı 11 hekayə toplanıb.
Təqdimatda iştirak edən yazar Günel Mövlud Azərbaycan cəmiyyətində heç bir dövlət qurumuna bağlı olmayan müstəqil gənc yazarların olmasını yüksək qiymətləndirib, müstəqil gəncləri müasir mədəniyyət və ədəbiyyatın yaradılmasının əsas iştirakçısı olduğunu bildirib.