”Ömürlük azadlıqdan məhrumetmə ölüm hökmündən daha qəddardır”

Elçin Sadıqov: Hökümət ölüm hökmü ömürlük həbslə əvəzlənən şəxslərin problemini həll etmir

Source:


Elçin Sadıqov: Hökümət ölüm hökmü ömürlük həbslə əvəzlənən şəxslərin problemini həll etmir

“Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun həbs edilməsindən 20 il ötür. Bəli, tam-tamına 20 il… Həmin 20 ilin 1 ili BMCMİ-nin zirzəmisində ağılasığmaz, dözülməz işgəncələr altında, sonrakı 19 il isə olduqca qapalı həbsxana rejimində keçib”, – vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazır.

Vəkil bildirir ki, onlar barəsindəki ölüm hökmü qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təbii ki, ömürlük azadlıqdan məhrumetmə ölüm hökmünə baxanda daha qəddardır:

“Dövlətin niyyəti ömürlük azadlıqdan məhrum edilmiş şəxsi ölənə qədər həbsdə saxlamaqdır. Çünki onların islah olunub-olunmamaları mütəmadi olaraq qiymətləndirilmir. Nəticədə, məhkumda nə vaxtsa azadlığa çıxacağına dair obyektiv ümidlər yoxdur. Deməli, ömürlük azadlıqdan məhrumetmə ölüm hökmündən daha qəddardır. Formal olaraq ölüm hökmünün olmaması, lakin ömürlük məhkumların ölənə qədər həbsdə saxlanılması və onlara islah olunduğu təqdirdə azadlığa çıxmaq ümidinin verilməməsi uzun sürən işgəncə nəticəsində ölümə bərabərdir. Hər iki halda hökm ölümlə nəticələnir. Ölüm hökmündə isə bu, dərhal baş verir”.

Elçin Sadıqov sonda təəssüflənir. Yazır ki, hökümət hələ ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənən şəxslərlə bağlı problemi həll etmək fikrində deyil:

“Onları ölənə qədər həbsdə saxlamaq niyyətindədir”.

Ana səhifəXəbərlər”Ömürlük azadlıqdan məhrumetmə ölüm hökmündən daha qəddardır”