Ömər Məmmədovun atası:”Oğlumun həbsini gözləyirdik”

“Narkotiklə 19 yaşlı gəncləri ittiham etmə kimi hallar, ölkəmizə baş ucalığı gətirməyəcək”

Bu fikirləri “Axın” gənclər hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Ömər Məmmədovun atası Elyar Məmmədov, oğlunun həbsi ilə bağlı keçirilən mətbuat konfransında səsələndirib. Atasının sözlərinə görə, oğlu yanvarın 24-də stamotoloji poliklinikadan çıxarkən saxlanılıb və mülki geyimli şəxslər tərəfindən tutularaq DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinə aparılıb. İstintaqın məlumatına görə, onun üzərindən 6 qr. heroin götürülüb.

Ana səhifəVideoÖmər Məmmədovun atası:”Oğlumun həbsini gözləyirdik”