Ömər Məmmədov 5 il azadlıqdan məhrum edildi

Təranə Məmmədova: “Mən oğlumla fəxr edirəm, o, özü-özünü yetişdirib”.

Source:


Təranə Məmmədova: “


M


ə


n o


ğ


lumla f


ə


xr edir


ə


m, o,


ö


z


ü





ö


z


ü


n


ü


yeti


ş


dirib


”.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal, blogger Ömər Məmmədovun məhkəməsi keçirilib. Hakim son söz üçün Ö.Məmmədova söz verib.

Son sözdən sonra hakim  gənc fəaldan son xahişinin olub-olmamasını soruşub. Ömər Məmmədov isə cavabında “Heç bir xahişim yoxdur. Sizə nə tapşırıblar, onu da edin” deyib.

Hakimlər müşavirəyə gedəndən sonra nəzarətçilər Ö. Məmmədovun qollarını qandallayıblar. Bu isə zalda olan gənc fəalın anasının etirazı ilə qarşılanıb. Anası oğlunun günahsız olduğunu, onun qollarını qandallamağın utanmazlıq olduğunu bildirib. O, öz oğluyla fəxr etdiyini də deyib: “Mənim onun fəaliyyətindən xəbərim olmayıb. Sən demə o, 2 ildir ki, “Nida”nın üzvü imiş. Mən oğlumla fəxr edirəm. O, özü-özünü yetişdirib. Onu cəmiyyət, sağlam gənclik yetişdirib. Onun heç bir günahı yoxdur”.

Zalda olan AXCP sədri Əli Kərimli də  Ömər Məmmədovun anasına üzünü tutaraq, onu oğlu ilə fəxr etməyə çağırıb: “Hər bir valideyn üçün fəxr olardı  ki, onun Ömər kimi oğlu olsun”.

Müşavirədən qayıdan hakimlər Ö. Məmmədovun  5 il azadlıqdan məhrum etmə hökmünü oxuyublar.

Hakimlərin qərarı zaldakı iştirakçılar tərəfindən etirazla qarşılanıb. İştirakçılar hakimlərə “Başınızın üzərindəki bayraq sizə qənim olsun. Ar olsun sizə. Gəncləri şərləməkdən başqa heç nə bilmirsiniz” deyə, şüarlar səsləndiriblər.

19 yaşlı Ömər Məmmədov  “Axın”  Gənlər Hərakatının rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbs olunandan sonra isə o, daha əvvəl üzv olub ayrıldığı Nida Vətəndaş Hərəkatına yenidən üzv olub.

Ana səhifəXəbərlərÖmər Məmmədov 5 il azadlıqdan məhrum edildi