Ombudsman: Vətəndaşa ölkədən çıxışa məhdudiyyətlə bağlı bildiriş verilməlidir

İnsan hüquqları üzrə müvəkkil 2020-ci il üzrə məruzəsində bu təkliflə çıxış edib

Source: Meydan Tv


İnsan hüquqları üzrə müvəkkil 2020-ci il üzrə məruzəsində bu təkliflə çıxış edib

Azərbaycanda ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə tərəfindən qoyulması və bu barədə məhdudiyyət təklif edilən şəxslərə bildiriş verilməsi təklif edilir.

Bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində məlumat verilib.

Ombudsman təklif edib ki, şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulmalı və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitlələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəalar qanunvericiliyə əlavə olunmalıdır.

Hazırda, kredit borcu, vergi borcu, məhkəmə qərarının icrası, istintaqa cəlb edilmə və s. hallarda şəxslərin ölkədən çıxış hüququ müvafiq qurumlar (Vergi Xidməti, Daxili İşlər Nazilriyi, Ədliyyə Nazirliyi və s.) tərəfindən xəbərdarlıq edilmədən məhdudlaşdırılır. Bu barədə vətəndaşa hər hansı bildiriş verilmədiyi üçün ölkədən çıxmaq istəyən şəxs bu barədə yalnız sərhəd-keçid məntəqəsində xəbər tutur və bu da bir çox problemə səbəb olur.

Ombudsmanın illik məruzəsi martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərOmbudsman: Vətəndaşa ölkədən çıxışa məhdudiyyətlə bağlı bildiriş verilməlidir