Ombudsman Pərviz Həşimlinin ailəsini qəbul etmədi

12 noyabrda jurnalist Pərviz Həşimlinin ailəsi Ombudsman Elmira Süleymanova ilə görüşmək istədi. Ombudsmanın qəbul günü olsa da o, ailəni qəbul etmədi. P.Həşimlinin xanımı, atasını qəbul edən hüquqşünas Adil Eyvazov jurnalistin səhhəti və ailəsi ilə görüşməsi üçün MTN-ə müraciət etdiklərini bildirib. Jurnalistin atası Kamran Həşimov bildirib ki, oğlunun saxlanma yerinə şəxsən Elmira Süleymanova getsin, əks halda P.Həşimli onun köməkçiləri ilə görüşməkdən imtina edəcək.

P.Həşimli 17 sentyabrda silah qaçaqmalçılığında ittiham olaraq MTN-in istintaq təcridxanasına aparılıb. Səbail rayon Məhkəməsi 7 noyabrda jurnalist haqqında seçilən həbs-qətimkan tədbirini 3 ay uzadıb.

Ana səhifəVideoOmbudsman Pərviz Həşimlinin ailəsini qəbul etmədi