Ombudsman Aparatı Tofiq Yaqublunun şikayətini araşdırır

“Nəticə barəsə Nigar Yaqubluya məlumat veriləcək”

Source:


“Nəticə barəsə Nigar Yaqubluya məlumat veriləcək”

Müsavat başqanının müavini Tofiq Yaqubluya hələ də saxlanıldığı cəzaçəkmə müəssisəsində gündəlik qəzetlər verilmir. Artıq qızı Nigar Yaqublu bununla bağlı Ombudsman Aparatına müraciət edib.

Bu barədə məlumatı Nigar Yaqublu öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Ombudsman Aparatı problemdən xəbərsizdi: “Dünən Ombudsmanın “qaynar xətt”inə ataya qəzetlərin verilməməsi ilə bağlı məlumat vermişəm. Cavab olaraq dedilər ki, bizim bundan xəbərimiz yox idi. Deyəsən, onlar da mətbuatı izləmirlər, yoxsa ta Tofiq Yaqublu həbs olunandan bu günə kimi qəzetlərin verilməməsi haqda məlumatları olardı. Əsas maraqlı olan onların bu məsələ ilə baglı cavabının nə olacağıdır. Hələ ki, gözləyirəm”.

Ombudsman Aparatının “qaynar xətt”indən Meydan TV-yə bildiriblər ki, aprelin 9-da, günün ikinci yarısında Nigar Yaqublu tərəfindən aparata şikayət daxil olub: “Biz dərhal şikayəti rəhbərliyə məruzə etdik və rəhbərlik tərəfindən də Penitensiar Xidmətə məlumat verildi, məsələ araşdırılır. Şikayətin nəticəsi barədə Nigar Yaqubluya məlumat verəcəyik”.

Ana səhifəXəbərlərOmbudsman Aparatı Tofiq Yaqublunun şikayətini araşdırır