Ölkəyə gətirilən tibbi ləvazimatlar ƏDV-dən azad olunur

Siyahıya daha bir neçə tibbi məhsul əlavə olunub

Source: google


Qərar iyunun 1-dək qüvvədədir

Ölkəyə gətirilən tibbi ləvazimatlar əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Martın 27-də Prezident

İlham Əliyev

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Həmin sənədlə idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı artırılıb. Siyahıya daha bir neçə tibbi məhsul əlavə olunub.

Beləliklə, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.

Bu fərman 2020-ci ilin iyunun 1-dək qüvvədədir.

Ana səhifəİqtisadiyyatÖlkəyə gətirilən tibbi ləvazimatlar ƏDV-dən azad olunur