“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərov belə deyib. Hazırda isə ölkədə 6 hava limanı var. Bölgələrdə olan 5 hava limanından 4-də təmir-tikinti, yenidənqurma işləri aparılıb.
Bölgə aeroportlarının tikintisinə ümumilikdə nə qədər vəsait ayrılıb?
|
|
|
Gəncə beynəlxalq aeroportunun yenidən qurulması |
50.000 |
50.000 |
Qəbələ hava limanının tikintisi |
80.000 (2011-ci il), 4.750 (2012-ci il), 5.038,4 (2013-cü il) |
89.788,4 |
Zaqatala hava limanın yenidən qurulması |
10.000 (2007-ci il), 17.800 (2008-ci il) |
27.800 |
Lənkaran hava limanın yenidən qurulması |
15.000 (2007-ci il), 10.400 (2008-ci il) |
25.400 |
147.988,4 |
“Hava limanlarının ümumi hava sərnişin dövriyyəsində payı və konkret sayı ilə bağlı məlumatlar yoxdur”
Cəmi 147 milyon 988 min 400 manat. Kiçik bir ölkəyə bu qədər hava limanı və onlara ayrılan bu qədər vəsait lazımdırmı?
İqtisadçı Rövşən Ağayev deyir ki, Azərbaycanın regionlarda yerləşən hava limanlarının tikintisinə və bərpasına yüz milyonlarla manat xərclənməyinə baxmayaraq, onların ümumi hava sərnişin dövriyyəsində payı və konkret sayı ilə bağlı məlumatları hardansa tapmaq mümkün deyil:
“Məsələn, Gürcüstanda hava limanlarından bu ilin 9 ayında 2.1 milyon sərnişin istifadə edib. Onlardan 79 faizi paytaxtın, 21 faizi regionların hava limanlarının xidmətindən yararlanıb. Eyni zamanda, Gürcüstan əyalətlərindəki hava limanlarından 15-dən artıq marşurt üzrə təyyarə uçur”.
İqtisadçı bildirir ki, nəticəni ölçmək üçün əsas göstəricilər bunlardır: regional hava limanlarının tikilməsi və turizmin inkişafı ilə bağlı milyardlarla sərmayə yatıranda öncədən konkret zaman çərçivələri göstərliməklə öhdəliklər olmalıdır: hansı dövrdə nə qədər sərnişin dövriyyəsi olacaq, nə qədər turist qəbul ediləcək, bu infrastrukturdan iqtisadiyyatın faydaları illər üzrə necə olacaq və s. Bizdə bunların heç biri yoxdur.
Bölgələrdən uçuş həyata keçirilirmi?
Bir ara “OnurAir” Gəncədən İstanbula uçuşlar həyata keçirirdi. Həmin reys də “Pegasus” Qəbələ-İstanbul reysi kimi bağlandı. Zaqatala, Lənkəran hava limanlarından hər hansı beynəlxalq uçuş həyata keçirilmir.