Ölkədən yarım milyon dollar çıxarmaq istəyən Əliyev tutuldu

Cinayət işi mahiyyəti üzrə baxılmaq üçün Məhərrəmkənd Rayon Məhkəməsinə göndərilib

Source:


Cinayət işi mahiyyəti üzrə baxılmaq üçün Məhərrəmkənd Rayon Məhkəməsinə göndərilib

Dağıstan prokurorluğu bu ölkənin vətəndaşı K.Əliyevin barəsində cinayət işi üzrə ittihamnaməni təsdiqləyib. O, gömrük nəzarətindən yan keçməklə Azərbaycandan külli miqdarda valyuta keçirərkən saxlanılıb.

K.Əliyev külli miqdarda nağd pulun sərhəddən qanunsuz olaraq keçirilməsi maddəsi üzrə ittiham olunur. Bu barədə Dağıstan prokurorluğunun məlumatında deyilir.

Mənbənin məlumatına görə, insident 2015-ci ilin sentyabrında baş verib. K.Əliyev “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan Rusiya ərazisinə keçərkən qanunsuz olaraq 424 min ABŞ dolları və 4,5 mln. rublu keçirmək istəyib. O, pulları öz avtomobilinin baqajında gizli yerdə saxlayıb.

Cinayət işi mahiyyəti üzrə baxılmaq üçün Məhərrəmkənd Rayon Məhkəməsinə göndərilib (


Turan İA


).

Ana səhifəXəbərlərÖlkədən yarım milyon dollar çıxarmaq istəyən Əliyev tutuldu