“Oliqarxlar gətirir deyə, prinsipə almayacam” (VİDEO)

“Nə heç birini almamışam, nə axtarmamışam, nə də ala bilməyəcəm. Gərək işləyəm ki, alam. Camaat acdır… Maşına minən deyir ki, havayı apar qurban olum sənə, bir tin gedirəm”- taksi sürücüsü Dövlət Yol Polisinin maşınında təhlükəsizlik cizahları olmayan avtomobilləri cərimələyəcəyi ilə bağlı xəbərə münasibətini bildirir.

İnzibati Xətalar Məcəlləsinə görə, maşınında yanğınsöndürmə balonu, tibb çantası, qəza nişanı olmayan sürücülər 3-5 manat arası cərimələnəcəklər. Bu qərarı eşidən sürücülər maşın dükanlarına axın ediblər. Əvvəllər illərlə mağazalarda qalan və alıcısı olmayan bu əşyalar indi hər dükanda tapılmır. Satıcılar deyir, qiymətlər də əvvəlki qiymət deyil.

Tibb çantaları bahalaşsa da, içində təlimatda yazılan dərmanların hamısı yoxdur. Apteklərin çoxunda bu çantaları və təlimatda yazılan bəzi dərmanları tapmaq müşkülə çevrilib.

Satıcılar və sürücülər düşünür ki, yanğınsöndürmə balonu, tibb çantası və qəza nişanının qiyməti süni şəkildə artırılır: “Oliqarxlar onu xaricdən gətirib, istəyir baha qiymətə satsın. Mən də prinsipə almayacağam. DYP harada saxladı, deyəcəm buyur (maşının açarın uzadır) əgər siz cərimə edirsinizsə, halal xoşunuz olsun, açarı verirəm. Halal, halal xoşunuz olsun”- taksi sürücüsü vurğulayır.

Ana səhifəVideo“Oliqarxlar gətirir deyə, prinsipə almayacam” (VİDEO)