Olimpiya çempionlarının təqaüdü artırıldı

Prezident sərəncam imzaladı

Source:
İlham Əliyev olimpiya çempionu İlham Zəkiyev ilə
İlham Əliyev olimpiya çempionu İlham Zəkiyev ilə


Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, Azərbaycanın olimpiya çempionları üçün Prezidentin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib. Bundan sonra “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli fərmanında “1000” sözü “1300” sözləri ilə əvəz ediləcək.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Ana səhifəXəbərlərOlimpiya çempionlarının təqaüdü artırıldı