“Turan”ın tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinə görə, oktyabrda məhsulların qiymətində 2,2 faizlik bahalaşma olub.
Agentlik yazır ki, qiymətlər 3 aydır bahalaşmağa başlayıb. Sentyabrda ərzaq 2,4 faiz, avqustda 3 faiz, iyulda 1,4 faiz bahalaşıb. İyunda 1,04 faiz, mayda 2,8 faiz, apreldə 2,85 faiz azalma olub. Azalma mövsümi kənd təsərrüfatı mallarının bazara çıxması ilə bağlı olub.
Sentyabrda ilk növbədə yay mövsümünə aid məhsullar bahalanıb – pomidor (+257 faiz), kartof (+60 faiz), alma (+50 faiz), xiyar (+25 faiz), qatıq (+11,2 faiz), pendir (+4 faiz).
Qoyun əti (- 5,2 faiz), toyuq içalatı (– 6,6 faiz), peçenye (– 4,5 faiz) ucuzlaşıb.
Qalan ərzaq növlərinin qiyməti əsasən sabit qalıb.
Mövsümi məhsulların kəskin azalması və noyabrın 1-dən gömrük rüsumunun artırılması ilə bağlı noyabrda ərzağın daha da bahalanacağı gözlənilir.
Daha böyük qiymət artımına əhalinin alıcılıq qabiliyyətinin aşağı olması, işsizilk mane olur.