“Oğlumun ölümündə günahkar tağım komandiridir”


“Oğlumun ölümündə günahkar tağım komandiridir”

2013-cü ilin dekabrında Naftalanın N saylı hərbi hissəsində xidmətdə olarkən dünyasını dəyişən Orxan Alıyevin atası bildirir ki, övladının ölümü ilə bağlı açılan istintaq başa çatsa da, heç kim cəzalandırılmayıb. O deyir ki, Orxan Alıyevin ölümündə 31 əsgər yalan ifadə verib, lakin bunun da səbəbi araşdırılmayıb:

 “Birinci ifadədə əsgərlər bildiriblər ki,Orxan Alıyev yatdığı yerdə ölüb. Halbuki Orxan onların dediyi vaxt qardaşı ilə danışıb. Biz “Bakcell”-dən danışıq vaxtlarını götürəndən sonra onlar izahatlarını dəyişiblər. Köhnə izahatları da var, təzə izahatları da var.Yenisində isə deyiblər ki, Orxan həmin vaxt kimləsə danışıb”.

Müdafiə Nazirliyinin məlumatına görə,19 yaşlı Orxan Alıyevin ölümünə səbəb ürəkçatışmazlığı olub. Lakin valideynləri iddia edir ki, onun ölümünün əsl səbəbi Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq tərəfindən bu günə kimi gizlədilib və Orxan orqanlarının satışı məqsədi ilə qətlə yetirilib. Atası deyir ki, hərbidə olarkən Orxan digər əsgər yoldaşlarından fərqli olaraq, peyvənd də edilmirmiş:

“Mən hərbidən qayıdan əsgərlərlə görüşmüşəm. Onlar deyirlər ki, Orxanın ölümündə günahkar tağım komandiri olub. Amma bunu qorxurlar bildirməyə. Deyirlər ki, oğlum iki dəfə peyvənd olunmaq istəsə də, geri göndərilib. Amma digər əsgərlərin hamısı peyvənd olub. Hərbi Prokurorluq daha bir əsgərin qanını batırdı”.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə verilən açıqlamaya görə, şəxsi heyətin peyvənd olunması “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununun, Nazirlər Kabinetinin müvafiq sərəncamının və müdafiə nazirinin əmrinə əsasən həyata keçirilir. Əks-göstərişi olmayan bütün hərbi qulluqçu peyvənd edilməlidir. Orxanda əks-göstərişin olub-olmamasına dair verilən suala isə Nazirlikdən cavab verilmədi və bildirildi ki bu barədə məlumatı Hərbi Prokurorluqdan alaq.



Hərbi Prokurorluq: ”Valideynlərin bütün iddiaları araşdırılıb, lakin biz heç kimi günahı olamdan tuta bilmərik”

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrayim Təhməzov isə  Şirazi Alıyevin bütün iddiaları ilə bağlı araşdırmaların başa çatdığını vurğuladı. “ Əsgərlərin ilk ifadələrində saat fərqi olub. Araşdırma zamanı zərərçəkmişin valideynlərinin göstərdiyi bütün qaranlıq məsələlər tam və hərtərəfli araşdırılıb. Daha sonra cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işə xitam verilib və bu qərar zərərçəkmişin yaşadığı ünvana göndərilib”,-deyə, o, əlavə edib.  Hərbi-ekspert Cəsur Sümərinli deyir ki, bu il 34-dən çox hərbçi dünyasını dəyişsə də, orqan satışı faktı ilə qarşılaşmayıb:

 “Orqanla bağlı belə məlumatlar təxminən 4-5 ildir ki deyilir. Valideynlər ittiham edirlər və konkret faktlar səsələndirirlər. Foto, video yayırlar ki onların övladlarının orqanalrı götürülüb, buna görə onlar qətlə yetirilib. Bununla bağlı nə Hərbi Prokurorluğunun, nə də Müdafiə Nazirliyinin heç bir sübutu yoxdur. Heç bir şəffaflıq yoxdur bu məsələdə. Mən hesab edirəm burda məsuliyyət bu iki qurumun üzərindədir. Nə qədər ki qurumlar mövqe ortaya qoymayıb, bu şübhələr artacaq. Ciddi faktlar və sübutlar olmalıdır ki bu yalandır”.


“Ölüm hallarına şahid olan əsgərlərə əvvəlcədən təzyiq edilərək susdurulur”

Ekspert  əsgərlərin yalan ifadə verməsi idiasına da münasibət bildirirərək deyir ki, hər hansı bir hadisədə şahid olan əsgərlərin qorxudulması faktları realdır:

 “Onlara təziqlər olur ki onları baş verən reallıqları dilə gətirməsinlər. Bu da çox ciddi bir məsələdir. əbiyev dövründı. Həqiqət gizlədilirdi. əsgərlərə təziqlər olurdu ki onlar gizlətsinlər reallıqıarı. Son 4-5 ildə çox idi. Bu son hasdisədə ola bilər ki əsgərlərə təhdidlər olub ki onlar yalan danışsınlar. Əgər belədirsə onda  burda həqiqəti gizlətməkdə maraqlı olan şəxslərdir”.

Ana səhifəVideo“Oğlumun ölümündə günahkar tağım komandiridir”