“Oğlumun həbsində Ramil Usubov günahkardır”(VİDEO)

Orxan  Eyyubzadə Nida Vətəndaş Hərəkatının üzvüdür. O, mayın 6-da NİDA-çılara verilən hökmə etiraz edərkən saxlanılıb.  19 yaşlı gənc 20 sutka həbs cəzası alsa da, daha sonra saxlanıldığı Binəqədi Təcridxanasında hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddəsi ilə həbs müddəti uzadılıb. Amma Rəhilə Məmmədova deyir ki, mayın 14-də Orxan Eyyubzadənin atası infarkt keçirib. Binəqədi müvəqqəti saxlanma təcridxanasının işçiləri bu barədə gəncə məlumat veriblər. O, telefon istəyib ki, atası ilə danışsın və bu zaman mübahisə yaranıb.

Rəhimə xanım deyir ki, hadisə baş verdiyi yerdə kameralar olub. O, təcridxanadan və Daxili İşlər Nazirliyindən kamera görüntülərinin təqdim edilməsini istəyib. Binəqədi təcridxanasından deyiblər ki, kameranın yaddaş kartı yoxdur. Daxili İşlər Nazirliyi də təxridxanada təmir getdiyinə görə kameraların həmin vaxt söndürüldüyünü bildirib.

İbrahim Məmmədov deyir ki, istintaq materiallarında 19 yaşlı gəncin 11 nəfər polisə müqavimət göstərdiyi və onlardan 3-nə xəsarət yetirdiyi yazılıb. O, oğlunun fiziki cəhətdən bunu edə bilməyəcəyini deyir. Valideyn Orxanın tez-tez sudurğa keçirdiyini və buna görə  təcridxanaya 16 dəfə  təcili tibbi yardımın çağırıldığını bildirir.

5 iyulda Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalov Orxan Eyyubzadənin prosesini apararkən onun hansı maddə ilə həbs olunmasından belə  xəbərsiz olub. O, O.Eyyubzadəni avtoşluq etməkdə suçlayıb.

15 mayda polislə baş verən mübahisəyə Müsavat Partiyasının divan üzvü Tural Abbaslı şahidlik edib. O, Orxan Eyyubzadə ilə bir kamerada saxlanılıb. Tural Abbaslı NİDA-çı gəncə iki-üç nəfər polisin təpik vurduğunu və daha sonra başqa kameraya aparıb döydüklərini bildirir.

NİDA-çı gəncin valideynləri onun həbsinə alışıblar. Orxan hicaba qadağa, əsgər ölümləri, qazilər ölməsin aksiyalarında da saxlanılıb. Onların tək narahatlıqları Orxanın yarımçıq qalan təhsilidir. O, Kiyevdə yerləşən Texnologiya və Dizayn Universitetinin 2-ci kurs tələbəsidir.

Ana səhifəVideo“Oğlumun həbsində Ramil Usubov günahkardır”(VİDEO)