“Oda”sız qalan teatr

“Oda” teatrına yerləşdiyi zirzəmidən çıxmaq üçün 1 dekabra qədər vaxt verilib. Nəsimi rayon 22-ci Polis bölməsindən bildiriblər ki, qonşular 102 qaynar xəttinə zəng edərək zirzəmidəki səs-küydən şikayət ediblər. Teatr qrupu bu səbəbi inandırıcı saymır. Aktyor Elmin Bədəlov deyir ki, qonşularla danışıblar və onlar şikayət etmədiklərini deyiblər. Onlar  hakimiyyətin azad düşüncəli gənclərə dözümsüz olduğuna görə teatrı bağladığını bildirirlər.

Ana səhifəVideo“Oda”sız qalan teatr