ODA Teatrı qastrol səfərinə çıxır

“Məqsədimiz regionda yaşayan insanlara teatrımız haqda məlumat vermək və onlara hazırladığımız tamaşaları göstərməkdir”.

Source:


“Məqsədimiz regionda yaşayan insanlara teatrımız haqda məlumat vermək və onlara hazırladığımız tamaşaları göstərməkdir. İstəyirik ki, nəinki Bakıda, hətta regionlarda da “Oda” Teatrını tanısınlar”.

Bu sözləri Meydan Tv-yə “Oda” teatrının rəhbəri Elmin Bədəlov deyib. Onun sözlərinə görə, teatr Biləsuvar rayonuna qastrol səfərinə hazırlaşır:

“28 fevral və 1 mart tarixlərində rayon insanlarına tamaşalar göstərməyi planlayırıq. Kollektivimiz 3 gün rayon əhalisi üçün tamaşa göstərəcək. Təkcə Biləsuvara yox,  bir neçə rayona səfər etmək istəyirik. Rayonlar arasında Şəki və Göyçay da olacaq. Bu rayonlarda yaşayan insanlardan da bizə təkliflər gəlib. Onlar istəyirlər ki, həmin rayonlardakı insanlarla görüşək, onlar üçün də tamaşalar göstərək. Bölgələrdəki insanlar da bizə müraciət edə bilərlər”.

E.Bədəlov deyib ki, onlar  Biləsuvarda narkomaniya əleyhinə olan tamaşalarla çıxış edəcəklər:

 “Biləsuvarda “Bəyaz Şedevr” tamaşası ilə çıxış edəcəyik. Tamaşa vasitəsilə narkomaniyanın yaydığı bəlalar göstəriləcək. Dövlət də bu problemin həlli üçün bir çox proqramlar həyata keçirib. Biz də istəyirik ki, rayon insanına, xüsusən də məktəblilərə bu probleml haqda bilgi çatdıraq”.

Teatr rəhbəri onu da deyib ki, qastroldan qayıtdıqdan sonra onlar izləyicilərini   yeni tamaşanın premyerası ilə sevindirəcəklər.

Ana səhifəXəbərlərODA Teatrı qastrol səfərinə çıxır