“Oda Teatrının fəaliyyəti dondurulsa da, yeni yaranmış ADO Teatrı fəaliyyətini davam etdirir”
Müstəqil teatrı olan Oda maliyyə çətinliyindən fəaliyyətini müvəqqəti dondurur.
Məlumatı Meydan TV-yə teatrın rəhbəri Elmin Bədəlov verib.
O, bildirib ki, qərar teatrın tamamilə bağlanması anlamına gəlməməlidir: “Sadəcə fəaliyyəti dondururuq. Daha sonra maliyyə çətinliyindən çıxış yolları axtaracağıq. Problem həll olunduqdan sonra teatrın fəaliyyətini bərpa edəcəyik”.
Elmin Bədəlov dekabrın 13-də sonuncu tamaşanın oynalıacağını da söyləyib.
“Oda Teatrının fəaliyyəti dondurulsa da, yeni yaranmış ADO Teatrı fəaliyyətini davam etdirir”,- Bədəlov belə deyib.
Müstəqil ODA teatrı 2013-cü il iyulun 15-də yaranıb.