Robert Frensis Cekuta əvvəllər Tokio və Berlindəki diplomatik missiyalarda çalışıb
Sentyabrın 17-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Makedoniya, Monteneqro, Azərbaycan və Ermənistandakı yeni səfirləri ilə bağlı dinləmələr keçiriləcək. Bu barədə Senat komitəsinin məlumatında deyilir.
Prezident Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini Robert Frensis Cekutanın namizədliyini irəli sürüb.
Cekuta əvvəllər Tokio və Berlindəki diplomatik missiyalarda çalışıb.