O, 5 övladı və həyat yoldaşı ilə birlikdə həyatda qalmaq üçün mübarizə aparır

Rufan Qasımov Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yaşayır. O, birotaqlı evdə 5 övladı və həyat yoldaşı ilə birlikdə həyatda qalmaq üçün mübarizə aparır. Şikayətçi Gəncə İcra Hakimiyyəti tərəfindən aldadıldığını deyir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş Qasımov Rufan Məzahir oğlunun müraciəti əsasında, sosial-məişət vəziyyətini nəzərə alaraq ona maddi yardım göstərilib, eyni zamanda Kəpəz Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin inşası üçün torpaq sahəsi ayrılıb.

Qurumdan bildirilib ki, fərdi yaşayış evlərinin inşası ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin büdcəsində vəsait nəzərdə tutulmayıb.

Ana səhifəSosialO, 5 övladı və həyat yoldaşı ilə birlikdə həyatda qalmaq üçün mübarizə aparır