Nyu-York metrosunda bir neçə nəfər güllələnib

Foto: Reuters

İnsident Bruklin şəhərində baş verib

Aprelin 12-də Nyu-York metrosunda naməlum şəxsin atəş açması nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb. “Reuters” xəbər verir ki, hadisə yerindən partlayıcı qurğular aşkar edilib. Yerli media yanğın departamentinin mənbələrinə istinadən xəbər verir.

Yerli mediaya əsasən, insident Bruklin şəhərinin Sunset Park məhəlləsindəki 36th Street metro stansiyasında səhər gedişi zamanı baş verib.

Nyu-York polisinin sözçüsü “Reuters”ə bildirib ki, zabitlər hadisə yerinə gediblər, lakin hələ araşdırma gedir.

Ana səhifəDünyaNyu-York metrosunda bir neçə nəfər güllələnib