Nura Suri

Mənbə: kulis.az

Başlıq: Nura Suri

Nura Suri: Camaat neçə aydır ki, işləmir

Məqalə yeniləndi:  15 İyun 2021

"Toyların keçirilməsinə düşünülmüş şəkildə icazə verilmir"

“Toyların, şou-proqramların keçirilməsinə icazə veriləndən sonra qonorarımı artırmayacağam”.

Müğənni Nura Suri Meydan TV-yə açıqlamasında belə deyib.

İfaçı pandemiya dövründə iş yerlərinin bağlı, insanların maddi durumunun qənaətbəxş olmadığını bildirib: “Restoranlar pul qazanmalıdır. Toy etmək istəyən insanların da vəziyyəti fərqli deyil. Camaat neçə aydır ki, işləmir. Pandemiyanın zərəri hamımıza dəyib. Bir-birimizə qarşı anlayışlı olmalıyıq”.

Azərbaycanda iyunun 10-dan iri ticarət mərkəzləri də daxil olmaqla uzun müddətdir bağlı qalan bir sıra məkanlar, iş yerləri açılıb.

İctimai iaşə müəssisələrinin məhdud iş rejimində çalışması barədə Operativ Qərargahın tətbiq etdiyi qayda isə ləğv edilməyib. Hələ ki kütləvi tədbirlərin - konsert, şou-proqramlar və toyların keçirilməsinə icazə verilmir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Meydan TV-yə bildirib ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı qadağanı ləğv etməlidir: “Toyların keçirməyə imkan verməmək, məntiqsiz bir qərardır. Bu, demoqrafik vəziyyətimizə böyük bir zərbə vurmaqdır. Toyların keçirilməsinə düşünülmüş şəkildə icazə verilmir. Gələcəkdə bu, Azərbaycan cəmiyyətində böyük bir problem yaradacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/diukhs

Ən çox baxılan