Noyabrın son günü Azərbaycanda 1678 adam koronavirusa yoluxub

Source: Meydan TV

“23 xəstə vəfat edib”

Noyabrın 30-da Azərbaycanda 1678 adam COVID-19 infeksiyasına yoluxub, 1934 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Analiz nümunələri müsbət çıxan 23 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 588 min 318 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 554 min 749 nəfər müalicə olunaraq sağalıb, 7 min 856 pasiyent ölüb. Aktiv xəstə sayı 25 min 713 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 620, bu günə qədər isə 5 milyon 539 min 284 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqNoyabrın son günü Azərbaycanda 1678 adam koronavirusa yoluxub