Novella Cəfəroğlu Leyla Yunusu müdafiə etdi

O, həmkarı Mirvari Qəhrəmanlı ilə birlikdə baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdə Leyla Yunus barəsindəki qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyi xahiş ediblər

Source:


O, həmkarı Mirvari Qəhrəmanlı ilə birlikdə baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdə Leyla Yunus barəsindəki qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyi xahiş ediblər

Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu 1 saylı Bakı istintaq təcridxanasında həmkarı Leyla Yunusa qarşı təzyiqi pisləyib.

O, “Turan İA”-ın müxbiri ilə söhbətində bildirib ki, bir neçə gün əvvəl həmkarı Mirvari Qəhrəmanlı ilə birlikdə baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb. Hüquq müdafiəçiləri Leyla Yunus barəsindəki qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyi xahiş ediblər.

Sentyabrın 15-də Cəfəroğlu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun digər üzvləri ilə birlikdə ombusman Elmira Süleymanova ilə görüşüblər və L.Yunusun başqa kameraya köçürülməsinə yardım etməyi xahiş ediblər. Hüquq müdafiəçiləri ombudsmanın diqqətini Yunusun dəfələrlə cinayət törətmiş şəxslərlə eyni kamerada saxlanılmasının yolverilməz olduğuna çəkiblər.

Onlar həmçinin zərurət varsa, L.Yunusun xəstəxanaya yerləşdirilməli olduğunu bildiriblər.

Bundan başqa, hüquq müdafiəçiləri ombudsman yanında milli preventiv qrupun nümayəndələrini L.Yunusun yanına göndərməyi xahiş ediblər.

Süleymanova öz növbəsində hüquq müdafiəçilərinin xahişini ədliyyə naziri Fikrət Məmmədova çatdırmağı vəd edib.

Sentyabrın 24-25-də hüquq müdafiəçiləri parlament, icra hakimiyyəti nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə insan hüquqları üzrə beynəlxalq konfrans keçirmək niyyətindədirlər.

Bu konfransda hüquq müdafiəçiləri prezident İlham Əliyevə və birinci ledi Mehriban Əliyevaya Qurban Bayramı münasibəti ilə əvf fərmanı imzalamaq və bütün siyasi məhbusları, o cümlədən Leyla Yunusu həbsdən azad etmək çağırışı ilə müraciət qəbul etmək niyyətindədirlər.

Ana səhifəXəbərlərNovella Cəfəroğlu Leyla Yunusu müdafiə etdi