Növbəti il ailə büdcəsinin xərcləri artacaq

Azərbaycanda da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi var.

Source: Foto: Turan tv


Qubad İbadoğlu: “Yeni xərclər üçün indidən hazırlıq görün, yoxsa gələn "pulsuz tibbi yardım"dan da faydalana bilməzsiniz”

2020-ci ildən icbari tibbi sığorta sisteminin bütün Azərbaycanda tətbiq edilməsi nəzərdə tutulub. 3 ildir ki, bu, pilot layihə kimi Yevlax, Ağdaş və Mingəçevir şəhərlərində həyata keçirilirdi. Yeni sistemin ölkədə necə tətbiq ediləcəyi hələlik, tam aydın deyil.


İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir?

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, növbəti ildən ailə büdcəsinin xərclərinə yalnız vergilərə, kommunal xidmətlərə, cərimə sanksiyalarına ödənişlər deyil, sığorta haqları da daxil olacaq. Minimum əmək haqqının 250 manata çatdrılmasından qaynaqlanaraq, artan sosial sığorta ödənişləri ilə yanaşı hər bir işləyənlər, fərdi sahibkarlar və mülkiyyət sahibi olan vətəndaşlar tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcəklər:

“Daşınmaz əmlaka görə məcburi sığorta haqqı Bakıda 50 manatdan regionlarda 30 manatadək müəyyənləşdirilib. Tibbi sığorta haqlarına gəlincə, muzdlu işçilər aylıq məvaciblərinin 2 faizi, işəgötürənlər də hesablanmış əməyin ödənişi fondunun ayda 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, o cümlədən müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər”.

İqtisadçı deyir ki, hesablamalara görə, növbəti il üçün hər iki mənbədən icbari tibbı sığorta ödənişləri hesabına 500 milyon manata qədər vəsait toplanacaq. Bu vəsaitin çox hissəsinin xərci əhalinin üzərinə düşəcək:

“Odur ki, yeni xərclər üçün indidən hazırlıq görün, yoxsa gələn "pulsuz tibbi yardım"dan da faydalana bilməzsiniz”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İcbari tibii sığorta dünya səhiyyəsində geniş yayılmış tibbi xidmət modelidir. Xəstə olmayan da ildə müəyyən məbləğ ödəyir və həmin vəsait toplanır. Nə zamansa tibbi xidmətə ehtiyacı olarsa, toplanmış puldan istifadə edərək müalicə alır.

Azərbaycanda da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi var. Agentlik 2007-ci ildə yaradılıb, 2016-cı ilin dekabrında təsdiq edilib. Ancaq bu illər ərzində işlək olmayıb.

2020-ci ildən tətbiqi nəzərdə tutulub. İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, stasionar müalicə, istifadə olunacaq dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Ana səhifəİqtisadiyyatNövbəti il ailə büdcəsinin xərcləri artacaq