Növbəti görüş Fransada keçiriləcək

Görüşün nə vaxt və harada keçiriləcəyi haqqında dəqiq məlumat verilmir

Source:


Görüşün nə vaxt və harada keçiriləcəyi haqqında dəqiq məlumat verilmir

Sentyabrın 4-də Uelsdə NATO-nun sammiti çərçivəsində Fransa və Ermənistan prezidentlərinin görüşü keçirilib. Serj Sarkisyanın mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər Qarabağ münaqişəsinin nizamlanması prosesinə aid məsələləri müzakirə ediblər.

“Həmçinin yaxın gələcəkdə Fransa, Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsi mümkünlüyünə baxılıb”, – deyə məlumatda qeyd edilir.

Görüşün nə vaxt və harada keçiriləcəyi haqqında dəqiq məlumat verilmir.

Bir müddət əvvəl İlham Əliyev də Olandla görüşmüşdü, lakin rəsmi məlumatda prezidentlərin üçtərəfli görüşü haqqında heç nə deyilmirdi.

Amma dünən ABŞ Dövlət Katibi ilə görüşdə Con Kerri prezidentləri şəxsi əlaqələri davam etdirməyə razılaşmasından məmnunluğunu bildirib.

Ana səhifəXəbərlərNövbəti görüş Fransada keçiriləcək