“Növbəti artım sosial gərginliyə səbəb olacaq”

Vahid Əhmədov: “Əhali hətta ödənişlərdən imtina edə bilər”

Source:
Driver Filling Fuel Tank ca. 1994
Driver Filling Fuel Tank ca. 1994


Vahid Əhmədov: “Əhali hətta ödənişlərdən imtina edə bilər”

“Ümumiyyətlə, yanacağın bahalaşması hər bir şeyə təsir edən amildir. Nə qədər desələr də ki, digər məhsullar bahalaşan deyil, bu qaçılmazdır, bahalaşmalar olacaq və benzinin qiyməti bütün sahələrə təsir edəcək”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat benzinin bahalaşmasının kommunal xidmət haqlarına təsirindən danışarkən bildirib ki, Azərbaycanda sözügedən xidmətlərin qiyməti kifayət qədər yüksəkdir.

“Növbəti artım sosial gərginliyə səbəb olacaq. Əhali hətta ödənişlərdən imtina edə bilər. Düşünürəm ki, bu da əlavə problemlər yaradacaq”.

Aprelin 4-dən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Ai-95 markalı avtomobil benzini satışdan çıxarılıb. Əvəzində məntəqələrdə “Premium Avro-95” markalı benzinin satışına başlanılıb. Bu markalı benzinin 1 litrinin qiyməti 93 qəpiyə satılır.

Aİ-95 markalı benzinin litri isə 80 qəpik idi.

Ana səhifəXəbərlər“Növbəti artım sosial gərginliyə səbəb olacaq”