“Novaya Qazeta”ya qarşı yeni təhdidlər

Redaksiya bəyanat verib

Source:
Səbətdə qoç başı və “Novaya Qazeta” jurnalistlərinə təhdidlər ünvanlanan qeyd Foto: Anna Artemyeva / “Novaya Qazeta”
Səbətdə qoç başı və “Novaya Qazeta” jurnalistlərinə təhdidlər ünvanlanan qeyd Foto: Anna Artemyeva / “Novaya Qazeta”

17 oktyabr tarixində naməlum şəxslər “Novaya Qazeta”-nın ofisinin olduğu binanın önünə qəzetin jurnalistlərindən birinə qarşı təhdidlərin əks olunduğu cənazə çələngi atıblar. Bundan sonrakı gün, 18 oktyabrda, eyni yerdə, içində qoçun kəsilmiş başı ilə bir səbət tapılıb. Bu dəfəki təhdidlər artıq bütün redaksiyaya və onun jurnalistlərinə yönəldilib. Polis istintaq hərəkətləri aparır. Heyvana yazıqdır.


Ağ yalana aldanmayın


“Novaya Qazeta” redaksiyasının bəyanatı

“Bizim dövrümüzdə böhtan təhlükəli silahdır. Böhtan və yalanlar müharibəyə, qətllərə və ictimai xadimlərə və jurnalistlərə hücumlara səbəb olur.

“Novaya Qazeta” və onun jurnalistlərinə qarşı sosial şəbəkələrdə kampaniya başladan insanlar Rusiyada artıq sərhədlərini aşan isteriya və nifrət mühitində bütün bu yazılanların hansı nəticələri ola biləcəyini yaxşı bilirlər.

“Xalq qəzəbinin dalğası” arxasında ağ yalan olanda xüsusilə iyrənc olur.

“Novaya Qazeta” tərəfindən Suriyadakı təyyarəçilərin məlumatlarını ictimailəşdirdiyi və bununla onların ailələrini təhlükəyə atdığı iddiaları sadəcə olaraq yalandır. Bizim bu mövzuda qəzetdə və ya saytda, ümumiyyətlə, heç bir nəşrimiz olmayıb.

Amma trollar, pulla alınan və ya qaranlıq məqsədlər üçün istifadə olunan “ictimai fikrin liderləri” tərəfindən gücləndirilən bu yalanlar həqiqətən jurnalistlərə təhlükə yaradır”.


Bəyanatda daha sonra deyilir:

“İnternetdə jurnalistlərə qarşı fiziki repressiya çağırışları edilir, redaksiyaya konkret adamların ölümünü simvolizə edən “hədiyyələr” göndərilir.

Biz bunlara dözmək niyyətində deyilik, üstəlik, çox yaxşı başa düşürük ki, təhlükə hardan gəlir.

Yalnız iki silahımız var: aşkarlıq – buna görə də işimizi davam etdiririk; qanun. DİN və digər hüquq-mühafizə orqanları qanunun bizi qoruması üçün hər şey etmək məcburiyyətindədirlər.

Təhdid faktlarının araşdırılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edirik”.

Denis  Korotkov – “Fontanka” nəşrində uzun müddət çalışmış tanınmış Peterburq jurnalisti. Cinayət tədqiqatlarının müəllifi, uzun müddət “Kreml aşbazı” Yevgeni Priqojinin biznes-imperiyasını və Rusiya özəl hərbi şirkətlərinin fəaliyyətini araşdırıb.

Korotkov, Priqojinin “trol fabrikası” tərəfindən təqib olunub və təkrarlanan fiziki zorakılıq təhdidlərinə məruz qalıb – bundan sonra bir müddətlik Rusiyanı tərk etmək məcburiyyətində qalıb. Korotkovun məqalələri ilə əlaqədar təhdidlər birbaşa “Fontanka” rəhbərliyinə də ünvanlanıb.

Bu ilin sentyabr ayından etibarən Korotkov “Novaya Qazetasnın əməkdaşıdır.

15 oktyabrda Priqojinə yaxın olduğu deyilən RİA FAN saytında jurnalistin “xain”, “vətən xaini” və “terroristlərin tərəfdaşı” adlandırıldığı məqalələr çap olunub, sosial şəbəkələrdə isə səhifələri bot hesabları xatırladan istifadəçilər tərəfindən təktipli mesajlar yazıldığı üzə çıxıb.

Ana səhifəXəbərlər“Novaya Qazeta”ya qarşı yeni təhdidlər