Morxesin günəş eynəyi oğurlayarkən kameralara tuş gəlib
Norveçin solçu partiyasının lideri Bjornar Moxnes bazar ertəsi Oslo hava limanından bir cüt dəbdəbəli gün eynəyi oğurladıqdan sonra istefa verib.
Parlamentdə səkkiz mandatı olan Norveçin Qırmızı Partiyasına rəhbərlik edən Moxnes iyunun 16-da rüsumsuz mağazada “Hugo Boss” günəş eynəklərini oğurlayarkən kameralara tuş gəlib. Oğurluğun müşahidə görüntüləri virallaşdıqdan sonra Moxnes iyulun əvvəlində xəstəlik məzuniyyətinə çıxıb.
Bazar ertəsi – xəstəlik məzuniyyətindən qayıdacağı gündən bir gün əvvəl – Moxnes oğurluq etdiyini etiraf etdi və vəzifəsindən istefa verdi.
“Bir çox insan məndən bu qədər axmaq bir şeyi necə edə biləcəyimi soruşdu. Son həftələrdə bunu özümə dəfələrlə soruşdum. Mənim adekvat izahım yoxdur”, – o, “Facebook”da yazıb.