“Araşdırmalar aparılır”
Bakının Xətai rayonunun Nobel prospektində yolun bir hissəsi bir həftə ərzində iki dəfə çöküb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hadisə ilə bağlı açıqlamasında bildirib ki, əraziyə qurumun əməkdaşları cəlb olunaraq çökmənin səbəbləri araşdırmağa
başlanıb.
“Yolun altında qrunt sularının axıntısı müəyyən edilib. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib”.
Məlumatda deyilir ki, hazırda qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır.
Ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
İlk çökmə hadisəsi bu yolda ötən həftə baş
verib.