Nils Mujnieks Xədicə İsmayılovanın həbsini pisləyib

“Azərbaycan hakimiyyətinin insan hüquqlarının pozulmasına son qoymasının və öz fikrini ifadə etdiyinə görə həbs edilənlərin azadlığa buraxmasının vaxtıdır”

Source:


“Azərbaycan hakimiyyətinin insan hüquqlarının pozulmasına son qoymasının və öz fikrini ifadə etdiyinə görə həbs edilənlərin azadlığa buraxmasının vaxtıdır”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin jurnalist Xədicə İsmayılovanı həbs etməsini pisləyib.

Onun 9 oktyabr tarixli bəyanatında deyilir: “Tanınmış jurnalist, mənim ofisimin uzunmüddətli partnyoru Xədicə İsmayılovanın  həbsi hüquq müdafiəçilərinin və Avropa Şurası ilə əməkdaşlıq edən digər hüquq müdafiəçilərinin repressiyalara məruz qalması ilə bağlı narahatlığımın əbəs olmadığını göstərir.

Mən onun həbsini qəti şəkildə pisləyirəm və buna hökuməti tənqid edənlərə qarşı cinayət hüququndan seçkili qaydada istifadə olunmasının növbəti təzahürü kimi baxıram.

Sonuncu dəfə X.İsmayılova ilə oktyabrda Bakıda görüşdüm. Onun qətiyyətli, həbs edilən və ya təqiblərə məruz qalanların hüquqlarıın müdafiəsi ilə bağlı müsbət əhval-ruhiyyədə olduğunu gördüm.

Həbsindən bir necə saat əvvəl bir jurnalistin işi ilə əlaqədar mənim ofisimlə əlaqə saxlamışdı.

Azərbaycan hakimiyyətinin insan hüquqlarının pozulmasına son qoymasının və öz fikrini ifadə etdiyinə görə həbs edilənlərin azadlığa buraxmasının vaxtıdır”, – deyə bəyanatda bildirilir.

Ana səhifəXəbərlərNils Mujnieks Xədicə İsmayılovanın həbsini pisləyib