“Məhz həmin şəxslər 2020-ci ildə Azərbaycan prezidentini Ermənistana hücum etməyə “dəvət edib”
Sərhədi keçərək Ermənistan ərazisinə daxil olan Azərbaycan hərbçilərinin müəyyən qrupları artıq mayın 14-dən ölkənin hüdudlarını tərk edib. Bu sözləri mayın 17-də Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan söyləyib.
"Ancaq mayın 12-dən bəri ümumi hərbi-siyasi vəziyyət dəyişməz olaraq qalır. Bu, o deməkdir ki, biz bundan sonra da KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) mexanizmlərindən istifadə etməli, həmçinin Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərindən yararlanmalıyıq. Bizim mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistanın hüdudlarını tərk etməlidir", – Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistanda Azərbaycanın xeyrinə fəaliyyət göstərən qüvvələr mövcuddur.
"Bu gün Ermənistanda Azərbaycanın informasiya mübarizəsinin agentləri fəaliyyət göstərir. Məhz həmin şəxslər 2020-ci ildə Azərbaycan prezidentini Ermənistana hücum etməyə “dəvət edib”, Ermənistan ərazisinə haradan hücum etməyi son hadisələrə qədər göstərib", – Paşinyan söyləyib.
Onun sözlərinə görə, bu, təsadüfi deyil və baş verənləri sakit şəkildə araşdırmaq lazımdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin Nikol Paşinyanın hərbi yardımla bağlı müraciətini alıb-almadığı ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.
"Dəqiq cavab verə bilmərəm, ancaq bu məsələlər təbii ki, ikitərəfli təmaslar zamanı dəfələrlə müzakirə edilib", – Peskov jurnalistlərə bildirib.
Mayın 12-də Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusunun sərhədə doğru Sünik vilayətindəki sahələrdən birində, Qaragöl (Sev liç) gölü yaxınlığında yerdəyşmə etdiyini bildirib. Məlumata görə, Azərbaycan hərbçiləri “sərhədlərin dəqiqləşdirilməsi” adı ilə sərhəd sahələrindən birində müəyyən işlər görməyə cəhd edib, ancaq erməni bölmələrinin götürdüyü ölçülərdən sonra işlər dayandırılıb.
Hazırda vəziyyətin tənzimlənməsi üçün danışıqlar gedir, hadisə yerinə Rusiya hərbçiləri də gəlib.