Nigar Yaqubludan ombudsmana çağırış

“Tofiq Yaqublunun haqsız yerə tutulmasını demirəm, heç olmasa qəzet məsələsini həll edin!”

Source:


“Tofiq Yaqublunun haqsız yerə tutulmasını demirəm, heç olmasa qəzet məsələsini həll edin!”

Həbsdə olan müsavatçı Tofiq Yaqublunun qızı Nigar Yaqublu Qaradağ Rayon Məhkəməsinin müsavatçı Yadigar Sadıqov haqqında hökmünə Facebook səhifəsində reaksiya verib.

Nigar Yaqublu yazıb: “Hakimiyyət

Yadigar Sadıqovu

kitab oxuduğuna görə həbsdə saxlayır, mən isə hələ də Tofiq Yaqublunun qəzet oxumaq haqqını bərpa edə bilmirəm. Ombudsman Aparatı hələ də şikayəti qeydə alır. Ancaq ortada nəticə yoxdur! Təklif edirəm ki, Elmira Süleymanova aprelin 26-da mənimlə həbsxanaya getsin. Bilirəm yollar uzun, çətin və yorucudur. Amma eybi yox. Biz illərdir yollardayıq. Bir dəfə də Elmira Süleymanova getsin. Şikayəti qeydə almaq məsələni həll etmək demək deyil. Problemi aradan qaldırmaq üçün Cəzaçəkmə Müəssisəsinə getmək lazımdır!”

Keçmiş siyasi məhbus bildirib ki, Ombudsman Aparatı gözləməsin ki, hər şeyi biz onlara deməliyik: “İnsan haqları pozulan yerdə Siz olmalısınız. Tofiq Yaqublunun haqsız yerə tutulmasını demirəm, heç olmasa qəzet məsələsini həll edin!”

Ombudsman Aparatından Meydan TV-yə bildirilib ki, məsələ barədə Penitensiar Xidmətə məlumat verilib: “Problemin həll olunacağına söz verilib”.

Ana səhifəXəbərlərNigar Yaqubludan ombudsmana çağırış