NİDAçı məhbusların valideynləri də aclığa başladı [ VİDEO ]

18 apreldə RATİ-də həbs olunan NİDA üzlərinin valideynləri mətbuat konfransı keçirib. Valideynlər bu gündən etibarən övladları ilə birgə aclıq aksiyasını qoşulacaqlarını açıqlayıblar.

Aprelin 17-də “NİDA” Vətəndaş Hərəkatının üzvlərinin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə prokuror Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məhəmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib. Dövlət ittihamçısının çıxışından sonra həbsdə olan 8 Nida üzvü aclıq aksiyasına başlayıb.

Ana səhifəVideoNİDAçı məhbusların valideynləri də aclığa başladı [ VİDEO ]